Yaşıl payız sovkası - (lat. Griposia aprilina ) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Nadir növdür. Genefondunu qorumaq lazımdır. Təbiətin bəzəyidir.
Yaşıl payız sovkası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Qanadları açılmış halda 47-52mm-dir. Ön qanadları açıq-yaşıl rəngdədir. Yumru və böyrəkşəkilli naxış yaşıldır, kənarları bərabər olmayan qara xətlə haşiyələnmişdir. Ləkələr aarasındakı gözcük qara rəngdədir, dördküncdür, ortasında yaşıl ləkə vardır.[1]. Arxa qanadları tünd-boz rəngdədir, üzərində 2 eninə zolaq uzanır ki, onlar da açıq rəngdə nöqtələr şəklindədir, alt tərəfində 2 eninə zolaq və aypara şəkilli naxış vardır.
Avropa, Kiçik Asiya, Belorusiya, Sankt-Peterburq, Ukrayna, Gürcüstan, Rusiyanın cənubunda. Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağətəyi yerlərində və Lənkaran vilayətində.Azsaylıdır.
Xəzərin sahillərindəki meşə və bağlarda. Həyat tərzi öyrənilməmişdir. Kəpənəkləri avqustun axırlarında, sentyabr, oktyabr və noyabrın əvvəllərinə qədər uçur. [2]. Ehtimal ki, 2 nəsli inkişaf edir.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, bu ərazilərin insanların yaşayış məskənlərinə çevrilməsi, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək. Kəpənəyin biologiyasını öyrənmək.