Yaşıl ilə bağlı terminlər — Populyasiyanın sayı optimum səviyyəyə qədər bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan növlərinin siyahısı.
Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-cü il, 4 №-li qərar) Azərbaycanın dağlıq rayonlarında şəhərlərin, digər yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır.
Şəhər, qəsəbə, sənaye obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı tədbirlər sistemi. Müasir yaşıllaşdırma quruculuğu biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm sahəsi hesab olunur.
Siyasi partiya və ictimai hərəkat olub məqsədi planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin "Yaşıllar"ını birləşdirən beynəlxalq təşkilat – "QRİNPİS" (1971-ci ildə təşkil olunub) daha böyük nüfuza malikdir. "Yaşıllar"ın platforması ətraf mühitin çirklənməsini azaltmaq tələbi, təkrar resurslardan və enerjinin qeyri-ənənəvi mənbələrindən geniş istifadə etməkdir. "Yaşıllar" istehlak yanaşmasının əleyhinə çıxış edir, ekoloji təhsil problemlərilə məşğul olur.[1]