Ələsgər Şahbazov

Şahbazov Ələsgər Abbas oğlu (1898, Bakı9 may 1973, Bakı) — Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının müxtəlif bölgələrdə məsul katibi, 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSR-in Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Tağı Şahbazinin qardaşı.

Ələsgər Şahbazov
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 9 may 1973(1973-05-09)
Vəfat yeri
Fəaliyyəti inqilabçı

1898-ci ildə anadan olub. 1937-ci ilin avqust ayında həbs edilir, 1939-cu ildə 10 illiyə azadlıqdan və 5 il də hüquqlarından məhrum etmə cəzasına məhkum edilib. 1941-ci ilin fevralında cəzası 8 ilə qədər azaldılıb. 1945-ci ilin avqustunda azad edilib. 1948-ci ildə yenidən həbs edilib. 1949-ci ilin yanvarında yenidən 10 il azadlıqdan məhrum edilib, 1955-ci ildə azadlığa çıxıb. 1967-ci ildə təqaüdə çıxıb. 1973-cü il may ayının 9-da vəfat edib.

Təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1917-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü olub.
  • 1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli ordusunda xidmət edib.
  • 1920-ci ildə Fəhlə-Kəndli Qırmızı Ordusunda siyasi işə cəlb olunub və həmin ildən də Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü olub.
  • 1923-cü ilin aprelindən Azərbaycan Kommunist (bolşevik) Partiyasının Göyçay qəza komitəsinin məsul katibi olur.
  • 1925-ci ildə isə Azərbaycan Kommunist (bolşevik) Partiyasının Naxçıvan diyarı komitəsinin məsul katibi seçilir.
  • 1929-cu ilin iyunundan 1930-cu ilə qədər Azərbaycan Kommunist (bolşevik) Partiyasının Qarabağ dairə komitəsinin məsul katibi və Ümumittifaq Kommunist (b) Parityasının Zaqafqaziya diyar nəzarət komissiyasının üzvü, 1930-cu ildə isə Azərbaycanın Sənaye kooperasiyası idarəçiliyinin sədri olur.
  • 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSRin Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, 1935-ci ildə Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1937-ci ildə Azərbaycan K(b)P-nin Zuvand rayon komitəsinin, həmin ilin iyunundan isə Lənkəran rayon komitəsinin 1-ci katibi olub, iyundan avqust ayına kimi həm də Azərbaycan Dövlət Kooperativini idarə edib.
  • Uzun müddət həbsxana həyatından sonra 1956-cı ilin yanvarın 10-da yenidən Sovet İttifaqı Kommunist Partiyasına bərpa edilib.

Naxçıvan Kommunist Partiyasının diyar — vilayət — respublika komitəsi