Yaşar Vasif oğlu Babayev (1987, Köçəsgər, Qazax rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun giziri, 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir.[1][2]
Yaşar Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1987 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər | Tovuz döyüşləri, 2020 |
Təltifləri |
Yaşar Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər qəsəbəsində anadan olub.[1] O, 2012-ci il iyulun 19-da ailə həyatı qurmuşdu və 8 ildir övlad arzusunda idi. Yaşar Babayevin ölümündən 2 gün sonra, iyulun 16-da onun qızı dünyaya gəldi.
Yaşar Babayev Azərbaycan Silahlı Qüvvələrinin giziri idi.[1] O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı şəhid olub.[3]
İyulun 14-də Yaşar Babayev, doğulduğu Ağstafa rayonunun Köçəsgər qəsəbəsində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva, İnsan hüquqları üzrə Ombudsman Səbinə Əliyeva qatıldı.[1]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4][5]