Yabğu

Yabğu (Əski türkcə: 𐰖𐰉𐰍𐰆 [yabγu][1], çincə — 葉護 [Yè Hù]) — Qədim türk xalqlarında rütbə, ünvan.

Yabğu ifadəsinin ilkin forması "Yavu" olmuşdur. Müqəddəs Kitabda qeyd olunan adlardan biri də, 7.000-dən daha çox adı çəkilən Yehovadır. O, Allahın adı olaraq qəbul edilir. Bu ad bir çox fornada tələffüzü edilir. "Yəhva, Yah, Yahu". "Yahu" tələffüz formasının isə, Türklərin dilinə "Yavu" olaraq keçməsi böyük bir ehtimaldır. Adın mənası olaraq da, hökümdar anlamına gəlməsi, Çincə tələffüzünün "Ye Hu" şəklində olması bu bənzərliyi bir daha təsdiqləyir.[2]

Dövlətdə xaqandan sonra birinci şəxs yabğu sayılırdı. Əslində yabğu vitse-kral idi və bu vəzifəyə bir qayda olaraq hakimiyyətdəki nəslin nümayəndələri təyin edilirdilər. Məsələn, Bumin xaqan dövründə, qardaşı İstəmi xaqan yabğu idi, lakin bununla birlikdə yabğu taxt-tacın varisi deyildi, vəliəhd vəzifəsindən asılı olmayaraq "tigin" adlanırdı[3]. Zaman keçdikcə yabğuların gücü çoxaldı və onlar xaqana bərabər titul sayılmağa başladılar. Məsələn, Oğuz yabquluğu yaxud Qarluq yabğuluğu buna bir misaldır.[4]

  1. "Ethno Cultural Dictionary, TÜRIK BITIG". 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.
  2. Türk Dilinin Beş Min İli, səh. 302, Səlahi Dikər, 2000
  3. Qumilyov Lev. Qədim türklər. Bakı, "Gənclik", 1993. səh.67.
  4. W. Barthold, "Four Studies In History Of Central Asia", Leiden, E. J. Brill, 1962, Vol.1 p.87