Qarluq xaqanlığı (qaz. Қарлұқ қағанаты) 756-940-cü illərdə iqtidarda olmuş türk xaqanlığı.
Tarixi dövlət | |
Qarluq xaqanlığı | |
---|---|
|
|
Paytaxt | Suyab, sonra Balasaqun |
Dövlət dini | Şamanizm sonra İslam |
İdarəetmə forması | Monarxiya |
Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Türk xaqanlığına tabe olsalar da, vaxtaşırı uyğurlarla ittifaqa qarşı çıxır, qonşu əraziləri qarət edirdilər.
734-cü ildə Bilgə xaqanın ölümündən sonra II Şərqi Türk xaqanlığı əvvəlki qüdrətini itirdi. Artıq VIII əsrin 40-cı illərində qarluqlar yabqu tərəfindən idarə olunurdular. 744-cü ildə qarluq, uyğur və basmil türk tayfaları birləşərək II Şərqi Türk xaqanlığına son qoydular.
VIII əsrin 50-ci illərində qarluq tayfa ittifaqı daha da güclənir. Qısa müddət ərzində onlar İli, Çu və Talas çayları vadisini ələ keçirərək, Talas və Suyab şəhərlərini zəbt edirlər. 766-cı ildə qarluqların yabqusu qərargahını Çu çayının kənarında yerləşən Suyab şəhərinə (Tokmak şəhəri) keçirdi.
766-940-cı illər arasında qarluqlar Yeddiçayarası ərazidə hakim qüvvə idilər. Lakin 940-cı ildə Şərqi Türküstanda yaşayan türkmənşəli yaqma tayfası bu əraziyə basqın etdi və dövlətin mərkəzi Balasaqun şəhərini tutaraq, Qarluq xaqanlığına son qoydular.
Qarluqlar 766-1215-ci illər arasında Orta Asiyada varlığını davam etdirən Türk boylarıdır. “Qar” adı ərəb mənbələrində “Harluk”, farsca əsərlərdə ” Halluh”, çin mənbələrində isə “Geluolu” formalarında istifadə edilmişdir. Qədim Türk çağlarında Karluklara “Üç Oğuz”, yəni “Üçboy” da deyilmişdir.
"Divanü Lüğat-it-Türk"də bir parçada deyilir: "Qarluq" "Köçəri türklərdən bir dəstə adıdır. Oğuzlardan ayrıdırlar. Oğuzlar kimi türkməndirlər".