Yad adam

Yad adam (türk. Yaban) — Türkiyə yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun romanı, türk ədəbiyyatında ziyalı-kəndli arasındakı uçurumu dilə gətirən nadir romanlardan biri.

Yad adam
Yaban
Janr Roman
Müəllif Yaqub Qədri Qaraosmanoğlu
Orijinal dili Türkcə
Nəşr ili 1932

Əsər Birinci Dünya müharibəsində qolunu itirən türk zabiti Əhməd Cəlalın xatirələrindən ibarətdir. Hadisələr 1920-ci illər Türkiyə İstiqlaliyyat müharibəsini əhatə edir. Şərəfli döyüş yolu keçən türk zabiti müharibədən sonra sadiq əsgərlərindən birinin dəvətiylə onun kəndinə yollanır. Əsərdə hadisələr Anadolunun ucqar kəndlərindən birində Porsuq çayı ətrafında cərəyan edir. Əhməd Cəlal böyük qürurla vətən uğrunda mübarizədən, bu yolda necə can qoyduğundan danışsa da, kəndlilər onun bu söhbətlərini, fədakarlıqlarını laqeydliklə qarşılayırlar. Ə.Cəlal onlar üçün nə qədər can yandırsa da, onu öz aralarına almır, "yad adam" kimi baxırlar. Çox sevdiyi Əminə belə onu "yad adam", "gəlmə" hesab edərək, Mehmed Əlinin qardaşı İsmayılla evlənir. Kənddəki insanlar bütün sivilizasiyalardan uzaq, heç bir şeylə maraqlanmadan gündəlik öz işlərini görür, Əhməd Cəlal kimi "yad adam"ın vətənpərvərlik çağırışlarına etina etmirlər. Hətta yunanlar kəndə hücum edərkən, yalnız ev-eşiyə od vurduqlarında vəziyyətin ciddiyyətini başa düşürlər. Əlindən bir şey gəlməyən Əhməd Cəlal isə heç olmasa Əminəni xilas etmək istəyir. Bir məzarlıqda daldalanıb səhər yola çıxmaq istəsələr də, ikisi də möhkəm yaralanır. Əminənin vəziyyəti tərpənə bilməyəcək qədər ağırdı. Əhməd Cəlal xatirələrini yazdığı gündəliyi Əminəyə verib, gözdən itir.[1] Əsər ziyalı və kəndli arasındakı uçurumu dilə gətirir. Yazıçı müəllif mövqeyini ortaya qoyaraq yazır:"Bunun səbəbi türk ziyalısı, yenə də sənsən! Bu viran ölkə və yoxsul insan kütləsi üçün nə etdin? Anadolu xalqının bir ruhu vardı, nüfuz edə bilmədin. Bir beyni vardı, aydınlada bilmədin. Bir vücudu vardı, bəsləyə bilmədin. Üstündə yaşadığı bir torpağı vardı! İşlədə bilmədin, onu heyvani duyğuların, cəhalətin, yoxsulluğun və qıtlığın əlində qoydun. O, qatı torpaqla quru göyün arasında yabanı ot kimi bitdi. İndi əlində oraq gəlmisən, nə əkdin ki, nə də biçəsən?"[2] Verdiyimiz nümunədə təkcə ətrafına deyil, hətta öz daxili "mən"inə də yadlaşan, bunun əsl səbəbini isə özündə görən türk ziyalısının faciəsini görürük.[3] Yaqub Qədri Qaraosmanoğlu bu romanını milli mücadilə illərində Anadolu xalqını daha da maarifləndirmək, xalqı istiqlaliyyət uğrunda mücadiləyə daha da şüurlu şəkildə qatılmağa səsləmək üçün qələmə almışdır.[4] Yazıçı öz ideyalarını, mütərəqqi görüşlərini "Yad adam" romanı əsasında simvollaşdıraraq təqdim etmişdir. Əsər ictimai-siyasi problemlərin əksi baxımdan əhəmiyyət kəsb edir. "İstanbullu bir aydının kəndliyə baxışını əks etdirən roman, Anadolu kəndlisinə baxış nöqteyi-nəzərindən çap olunduğu dövrdə və sonrakı dövrlərdə tənqid hədəfinə tuş gəlmişdir. Yaqub Qədri də bu tənqidləri görüb, romanını müdafiə ehtiyacı duymuş, romanının ikinci nəşrində ön söz yazaraq, bu iddiaları təkzib etmişdir.[5]

"Yad adam" romanı 1932-ci ildə "Kadro" jurnalında hissə-hissə dərc olunmuşdur.[6] Əsər dəfələrlə yüksək tirajlarla nəşr olunmuş, müxtəlif dillərə tərcümə edilmişdir. "Yad adam" romanı 2006-cı ildə K.Əliyevanın tərcüməsində Bakıda "Nurlan" nəşriyyatında çap olunmuşdur. Roman çap olunduğu gündən etibarən oxucuların rəğbətini qazanmış, mətbuatda müxtəlif diskurslara yol açmışdır. Əsər 1942-ci ildə Cümhuriyyət Xalq Partiyasının roman mükafatı müsabiqəsində ikinci yerə layiq görülmüşdür.[7]

Yaban (film), 1996) - Yaqub Qədri Qaraosmanoğlunun "Yad adam" romanı əsasında çəkilmişdir. Film Nihat Durakın rejisorluğussenarisi (Ziya Öztanla) əsasında çəkilmişdir. Əhməd Cəlal rolunu istedadlı aktyor Aytaç Arman, Əminəni isə Sənəm Çelik oynayır.[8][9] Film 33-cü Altın Portağal Film Festivalı mükafatına layiq görülmüşdür.

Yaqub Qədri Qaraosmanoğlu

  1. "Yakup Kadri Karaosmanoğlu - Yaban" (türkcə). www.edebi.net. Archived from the original on 2023-04-25.
  2. Atilla Özkırımlı. "Yakup Kadri Karaosmanoğlu - Yaban pdf" (türkcə). pdfslide.net. Archived from the original on 2023-04-29.
  3. Eşqanə Babayeva. Yaqub Qədri Qaraosmanoğlunun "Yad adam" romanında yadlaşma problemi. Bakı: "Elm və təhsil". 2019. səh. 30-34.
  4. Veysel Şahin. Roman tekniği bakımından Yaban (PDF). 2(3). e-Journal of New World Sciences Academy Social Sciences. 2007. 179-196. ISBN 1306-3111.
  5. Bahar Dervişcemaloğlu. "Yaban romanında "ima edilen yazar" sorunsalı" (türkcə). dergipark.org.tr. 2020. Archived from the original on 2020-12-11.
  6. Engin Gülmüş. "Yaban roman incelemesi" (türkcə). www.netinceleme.com. Archived from the original on 2023-04-29.
  7. Münire Kevser Baş. "Yakup Kadri Karaosmanoğlu - CHP ödül". teis.yesevi.edu.tr. 04.01.2020. Archived from the original on 2023-05-01.
  8. "Актёры и съёмочная группа" (rusca). ru.kinorium.com. Archived from the original on 2023-05-05.
  9. "Yaban cinema filmi" (türkcə). www.sinematurk.com. Archived from the original on 2022-04-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]