Yaqub Qədri Qaraosmanoğlu

Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı.

Yaqub Qədri Qaraosmanoğlu
türk. Yakup Kadri Karaosmanoğlu
Doğum tarixi
Doğum yeri Qahirə, Misir
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Ankara, Türkiyə
Fəaliyyəti yazıçı, jurnalist, diplomat, siyasətçi, roman yazıçısı
Əsərlərinin dili Türk dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi.[1] Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi.[2] Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı.[2] 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı.[3] Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı. Atasının vəfatı səbəbiylə İzmir liseyində orta təhsilini tamamlaya bilmədi. 1905-ci ildə anası ilə bərabər Misirə döndü. Misirdə Jön-Türklərlə tanış oldu. Onların təşviqi ilə siyasi işlərə atıldı. İsgəndəriyyə Fransız məktəbində orta təhsilini başa vurdu. "Türk" dərgisində Gi de Mopassandan etdiyi tərcümələri dərc etdirdi.[4]1908-ci ildə İstanbula gəldi. Balkan savaşına qədər ailəsi ilə burda yaşadı. Ziyalı cəmiyyətinə qatıldı. Bir çox qəzet və jurnallarda yazılar çap etdirdi.

1932 –ci ildə Atatürkün istəyi ilə Yaqub Qədri Qaraosmanoğlu, Vedat Nədim Tör və b. ilə birlikdə “Kadro” dərgisini çıxarmağa başladı. Yeni nəşrin əsas məqsədi Atatürk ideyalarının təbliği, kamalizmi ideologiyaya çevirmək idi. İlk sayını “Türkiyə bir inqilab içindədir. Bu inqilab bitmədi. İnqilabımız dərinləşmə və genişlənmə yolundadır. Bu inqilab özünə prinsip, onu yaşadanlara isə düşüncə ola biləcək bütün nəzəri əsaslara malikdir. Ancaq həmin əsaslar inqilabi ideologiyaya çevrilə biləcək bir fikir sistemi içərisində olğunlaşmamışdır. “Kadro” bu məqsədlə çıxır” –sözləri ilə açan dərgi tezliklə ictimai fikri hərəkətə gətirdiyinə, hökumət üçün müəyyən mənada baş ağrısına çevrildiyinə görə 36 – cı sayından sonra nəşrini dayandırmalı oldu.

Yaqub Qədri Qaraosmanoğlu 13 dekabr 1974-cü ildə vəfat edib.

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1935-ci ildə Albaniya kralı Zoqu beynəlxalq aləmdə yaranan qarmaqarışıqlıqdan öz səltənətini gücləndirmək üçün istifadə edir, ona müxalif olanları, özünə düşmən saydığı minlərlə insanı öldürür, türmələrə doldurur. Keçmiş Osmanlı dövlətinin təbəələri olan albaniyalılar kömək üçün türk səfirliyinə üz tuturlar. Səfir hər gün onlarla gözüyaşlı anaları, ataları qəbul edir, insanlardan kömək üçün yazılan məktubların sayı-hesabı bilinmir. Yaqub Qədri Qaraosmanoğlu isə acizdir, nə edə bilər ki. Türkiyə dövləti ona bu işlərə qarışmamağı tapşırıb. Onunsa ürəyi baş verən haqsızlığa dözə bilmir, bir gün o, kralın mürəbbisi və yaxını Əbdürrəhmanı qonaq çağırır. Əbdürrəhmanla insanlıqdan danışır və onu inandırır ki, törədilənlər dövlətə də, krala da hörmət gətirmir. Qonaq heç nə demədən gedir və… 20 gündən sonra kral Zoqu qeyd-şərtsiz ümumi amnistiya elan edir!

Varlı torpaq mülkiyyətçisi, ana tərəfdən Qacar, ixtisasca hüquqşünas olan, İslam hüququ, maliyyə və digər məsələlərə həsr olunmuş bir sıra əsərlərin müəllifi olan Məhəmməd Müsəddiq 1921-1924-cü illərdə nazir postlarında çalışmış, sonra uzun illər siyasətdən kənar qalmışdı. M.Müsəddiq tərəfindən yaradılmış Milli Cəbhə, əsasən, milli burjuaziyanın maraqlarını qoruyurdu, amma bu təşkilata İran tərəfindən müstəqil xarici siyasətin yeridilməsini istəyən demokratik qüvvələrin nümayəndələri də daxil idilər. Türkiyəli diplomat və ədəbiyyatçı Yaqub Qədri Qaraosmanoğlu yazmışdı ki, doktor Müsəddiq siyasi səhnəyə qəhrəman və azadlığın, konstitusiyanın müdafiəçisi kimi çıxıb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

XX əsr Türk ədəbiyyatının əsas ədəbi simalarından biri də Yaqub Qədri Qaraosmanoğlu olmuşdur. Onun yaşadığı dövr Türkiyənin həm ədəbi-mədəni, həm də ictimai-siyasi həyatında bir çox önəmli hadisələrin ortaya çıxdığı mərhələni təşkil edir.

İstiqlaliyyət savaşı, I Dünya müharibəsi, Cümhuriyyətin qurulması, Avropaya inteqrasiya, qərbləşmə kimi ən önəmli hadisələr məhz Yaqub Qədrinin yetişdiyi bir dönəmdə ortaya çıxmışdır. Vətənpərvər bir şəxsiyyət olan Yaqub Qədri bu hadisələrə biganə qalmamış, istər ictimai-siyasi, istərsə də ədəbi fəaliyyəti ilə bu mübarizəni davam etdirmişdir. Yaqub Qədri jurnalistik fəaliyyətindən tutmuş, demək olar ki, ədəbiyyatın bütün sahələrində əsərlər yazmışdır. O, ictimai-siyasi xadim, Kadro dərgisinin qurucusu, jurnalist, şair və yazıçı olmuşdur. Onun romanları XX Türk romanın ən dəyərli töhfələrindəndir. Yaqub Qədri “Kiralık Konak” (1921), “Nur Baba” (1922), “Hökm gecəsi” (1927), “Sodom və Gomore” (1928), “Yad adam” (1932), “Ankara” (1934), “Bir Sürgün” (1937), “Panorama I” (1949), “Panorama II” (1952) və “Həp o şarkı” (1956) adlı on roman müəllifidir.

  1. "Yakup Kadri Karaosmanoğlu, Liseedebiyat.com sitesi, Erişim tarihi 29.07.2011". 2010-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
  2. 1 2 "Veysel Şahin, Roman Tekniği Bakımından Yaban, E-Journal of New World Sciences Academy, Cilt 2, Sayı 3, 2007" (PDF). 2012-09-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-29.
  3. "Atilla Özkırımlı, Yakup Kadri Karaosmanoğlu'nun Hayatı ve Eserleri, Erişim tarihi:29.07.2011". 2012-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
  4. "Abdülahlim Aydın, Yaşama Bakışta Guy de Maupassant'ın Yakup Kadri Karaosmanoğlu Üzerindeki Etkileri, Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt 12, Sayı 2, Elazığ 2002" (PDF). 2013-12-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]