Yakob Boqdani (mac. Bogdány Jakab; slovak. Jakub Bogdan; 6 may 1658[1], Preşov – 11 noyabr 1724[1], London) ― daha çox natürmort və ekzotik quş rəsmləri ilə tanınan Macarıstan və Britaniya rəssamı.
Yakob Boqdani | |
---|---|
Doğum tarixi | 6 may 1658[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1724[1] (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Boqdani Macarıstan krallığın şimalındaki Şaroş judetsin Eperyeş (indiki Slovakiyanın Preşov şəhəri) şəhərində anadan olmuşdur. O, 1684-cü ildə Amsterdama gəldi[2] və 1688-ci ildə London şəhərinə köçənə qədər orada yaşayıb işləyirdi.
O, Amsterdamda Niderlandda təhsil alan macarıstanlı həkkak və tipoqraf Mikloş Totfalusi Kis ilə tanış oldu.[3] Londonda yaşadığı dövr ərzində o, kraliça Anna Stüartın sarayında natürmort və quş rəssamı olaraq müvəffəqiyyət qazandı və onun bir neçə əsəri Kral kolleksiyasına daxil oldu. Onun baş himayədarlarından biri Malboro hersoqunun qardaşı admiral Corc Çörçill idi, onun Böyük Vindzor parkındaki məşhur aviarisini Boqdani bəzi rəsm əsərlərinin mövzusu kimi istifadə etmişdir.[4]
Boqdani Elizabet Hemminqslə evlənmişdir və onların iki uşağı dünyaya gəlmişdir. Onlardan biri məşhur Britaniya dövlət xadimi Uilyam, digər isə rəssam Tobias Stranoverə ərə gedən Elizabet oldu. O, quş rəssamı Marmadük Kradokun yaradıcılığına təsir göstərmişdir.[2] O, Londonun şimal rayonu Finçlidə vəfat etmişdir.
Onun əsərlərində kakadu, arara və mina kimi Avropaya sonradan gətirilən bir çox ekzotik növ quşlar təsvir edilmişdir. O, həmin quşları yerli iri arıquşu və adi göy arıquşu, yaşıl ağacdələn və zığ-zığ ilə birgə təsvir etmişdir. Onun əsərlərində tez-tez ibis, pələng astrildi və ya kardinal kimi qırmızı lələkli quşlara rast gəlinir.[5] Onun rəsm əsərlərində adətən bir çox növdə quşlar təsvir olunub; istisna kimi 17-ci illərin sonu və ya 18-ci əsrin əvvəllərində çəkdiyi "İki İslandiya şahini" əsərini göstərmək olar, hansı ki tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Hal-hazırda Nottingem qalasının muzeyi və incəsənət qalereyasında yerləşən rəsm əsərində iki ağappağ şunqar təsvir edilib.
Sənətkarın əsərlərindən biri "Procol Harum" adlı Britaniya rok-qrupunun 1974-cü ildə çıxarılan "Exotic Birds and Fruit" albomunda istifadə edilmişdir. Onun müəllif olduğu bir neçə rəsm əsəri Macarıstanın paytaxtı Budapeşt şəhərinin Macarıstan Milli Qalereyasında və İncəsənət Muzeyində sərgilənir.[6][7]