Yakob Burkhardt

Yakob Burkhardt (25 may 1818[3][4][…], Bazel[4][5][…]8 avqust 1897[3][4][…], Bazel[5][6][…]) — İsveçrə tarixçisi və mədəniyyət filosofu.[7]

Yakob Burkhardt
ing. Carl Jacob Christoph Burckhardt
Yakob Burkhardt 1892-ci ildə
Yakob Burkhardt 1892-ci ildə
Doğum tarixi
Doğum yeri Bazel
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bazel
Dəfn yeri
Milliyyəti isveç
Təhsili Bonn Universiteti
Fəaliyyəti incəsəənət tarixi, mədəni tarix
Elmi dərəcəsi
Elmi adı
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bonn, Berlin və Bazel universitetlərində teologiya, tarixfilologiya üzrə təhsil almışdır (1837–43). 1855-ci ildən Sürixdə İsveçrə Politexnikumunda, 1858–93-cü illərdə Bazel Universitetində tarixdən, o cümlədən incəsənət tarixindən dərs demişdir. Tarixşünaslıqda ruhi mədəniyyəti ön plana çəkən "mədəni-tarixi" cərəyanın banisidir. Qədim Yunanıstanı və Qədim Romanı, İntibah dövrünü, barokkonu tədqiq etmişdir. Burkhardt "İntibah dövründə İtaliya mədəniyyəti" ("Cultur der Renaissance in İtalien", 1860) əsərində İtaliya intibahını bariz fərdiyyətçilik dövrü olan Yeni dövrün ruhunun ilk yetkin inikası kimi şərh etmişdir.[7]

Ötən dövrlərin psixologiyasını və etik dəyərlərini Burkhardt özünün yaratdığı konkret mədəni-antropoloji insan tipləri (məs.,"qəhrəmanlıq dövrü"nün yunanı, İntibah dövrünün "universal insan"ı və s.) vasitəsilə ifadə etməyə çalışmışdır. Burkhardta görə, böyük insanlar "həyat üslublarının" yaradıcıları və daşıyıcıları, bu və ya digər dövrün vəhdəti və özünəməxsusluğunun ifadəçiləri kimi tarixçinin diqqətinə layiqdirlər. Burkhardt müasiri olduğu cəmiyyətdə mədəniyyətin tərəqqisi və şəxsiyyətin azad inkişafı perspektivlərinə bədbin yanaşırdı. Onun əsərləri müasirlərinə müəyyən təsir göstərmişdir. F. Nitsşenin "yeni barbarlıq" dövrünün yaxınlaşması haqqında proqnozu, əsasən, Burkhardtın mühazirələrinin təsiri altında yaranmışdı. Burkhardt elmi əsərlərlə yanaşı, alman dilinin aleman dialektində novella və şeirlərdə yazmışdır.[7]

  1. 1 2 Trog H. Burckhardt, Jacob Christop // Biographisches Jahrbuch und Deutscher Nekrolog (alm.). / Hrsg.: A. Bettelheim B. Vol. 2, 1897. S. 54–75.
  2. Find a Grave (ing.). 1996.
  3. 1 2 https://d-nb.info/gnd/11851752X/about/lds (alm.). / Hrsg.: Deutsche Nationalbibliothek
  4. 1 2 3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Jacob Burckhardt // RKDartists (nid.).
  6. Jacob Burckhardt // Brockhauz Ensiklopediyası (alm.).
  7. 1 2 3 Burkhardt// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 88

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]