Yakobi adası (ing. Yakobi Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Çiçaqov adasının qərbində yerləşir və ondan Lisyanski körfəzi (şimal-şərqdə) və Lisyanski boğazı (şərqdə və cənub-şərqdə) ilə ayrılır. Adanın sahəsi 213,3 km²-dir. Bu onu ABŞ-da 64-cü ən böyük ada edir. Burada daimi əhali yoxdur.
Yakobi adası | |
---|---|
ing. Yakobi Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 213,3 km² |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
57°59′14″ şm. e. 136°28′30″ q. u. | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən İrkutsk general-qubernatoru İvan Yakobinin şərəfinə adlandırılmışdır. Adanın Tlinqit adı Takhanesdir[1].
Ehtimallara görə, 1741-ci ildə məhz bu adada on beş rus dənizçisi müəmmalı şəkildə yoxa çıxır, onlar qayıqla sahilə çatırlar və bir daha gəmiyə qayıtmırlar.