Yakobus Qolius(lat. Jacobus Golius, nid. Jacob van Gool, Jacob Gohl, Iacobo Golio, doğ. 1596, Haaqa — öl. 28 sentyabr 1667, Leyden) — Niderland şərqşünası, riyaziyyatçısı, astronom və səyyahı.
Yakobus Qolius | |
---|---|
lat. Jacobus Golius, nid. Jacob van Gool | |
Doğum adı | Jacob Gool[2] |
Doğum tarixi | |
Doğum yeri | Haaqa |
Vəfat tarixi | |
Vəfat yeri | Leyden |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Tomas Erpenius[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Yakobus Qolius 1596-cı ildə Laheydə doğuldu. Təhsilinə ilahiyat, fəlsəfə, tibb və riyaziyyat sahələrində başladı; ancaq daha sonra müəllimi Tomas Erpeniusun (van Erpe) təsiriylə ərəbşünaslığa yönəldi. Hollandiyanın İslam və Ərəb dünyası araşdırmalarında son zamanlara qədər yerini qoruyan ön səflərdəki mövqeyi, XVII əsrdə Leyden şəhərində fəaliyyət göstərən bu iki önəmli şərqşünas ilə başlamış və inkişaf etmişdir. Qolius, müsəlman ölkələrinə heç səyahət etməmiş olan müəlliminin əksinə gənc yaşda İslam aləmiylə təmasa keçdi və 1622-ci ildə Mərakeşə göndərilən bir elçilik həyətinə qatılaraq o dönəmdə bu ölkə xarici ticarətinin mərkəzi olan Asfa (Safi) limanına getdi, 1624-cü ilə qədər orada qaldı. Bu müddət içində Ərəbcəsini təkmilləşdirmə, Mərakeşin tarixini incələmə və əlyazma kitab toplama imkanı tapdı. Ayrıca burada Erpeniusun tövsiyəsiylə hər cür yerli məhsulun adlarının siyahısını tutdu; bundan məqsəd şübhəsiz eyni zamanda Hollandiyanın ticarətinə xidmət etmək idi.
Mərakeşdən Leydenə döndüyündə (1624) o il ölən müəlliminin yerinə Ərəb dili profesorluğu vəzifəsinə gətirilən Qolius, bir il sonra Leyden Universiteti tərəfindən əlyazma kitab satın almaq üzrə Şərq ölkələrinə göndərildi. Dörd ildən arqıq sürən bu səyahəti sırasında bir yarım il Hələbdə qaldı. Ardından Antakiyanı və Suriyanın digər şəhərlərini ziyarət edərək 1623-cü ildə səfəvilərin əlinə keçmiş olan Bağdadı qurtarmaq məqsədiylə İraqa doğru irəliləyən Osmanlı ordusuna qatıldı və daha sonra da Anadoluya keçərək İstanbula çatdı. Oradan bərabərində 250 qədər nadir əlyazma əsər olduğu halda ölkəsinə döndüyündə ona köhnə vəzifəsi ilə yanaşı riyaziyyat profesorluğu da verildi və bu vəzifələrini ölümünə qədər (28 sentyabr 1667) apardı.