Yakov Yaroslavski

Yakov Qriqoryeviç Yaroslavski (Koqan) (rus. Яков Григорьевич Ярославский-Коган; 189611 mart 1957) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941).

Yakov Yaroslavski
rus. Яков Григорьевич Ярославский
Doğum adı Yakov Koqan
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti teatr rejissoruaktyoru
Fəaliyyət illəri 1912–1957
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1941
"Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Yakov Yaroslavski (əsl soyadı Koqan) 1896-cı ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə Odessada başlamış, sonralar Simbirsk, Samara, Moskva, Arxangelsk, Pyatiqorsk, Dnepropetrovsk şəhərlərindəki teatrlarda fəaliyyət göstərmişdir.[1]

1938–1957-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru olmuşdur.[1]

Yakov Yaroslavski 11 mart 1957-ci ildə vəfat etmişdir.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Səhnəyə qoyduğu əsas tamaşalar

[redaktə | mənbəni redaktə et]
  • "Ryu Blas", Viktor Hüqo (1938)
  • "Silahlı adam", Nikolay Poqodin (1939)
  • "Rift", Boris Lavrenyov (1941)
  • "Dəyirmanın mühasirəsi", Emil Zolya (1942)
  • "Yemlikdəki it", Lope de Veqa (1943)
  • "Barbarlar", Maksim Qorki (1943)
  • "Vilayət qubernatoru", Tur qardaşları və Lev Şeynin (1947)
  • "Moskva xarakteri", Anatoli Safronov (1948)
  • "Sevgi ilə zarafat etməzlər", Pedro Kalderon (1952)
  • "Maşenka", Aleksandr Afinogenov (1952)
  • "Xoş saat", Viktor Rozov (1955)
  • "Xanım Dulskayanın əxlaqı", Qabriela Zapolska (1956)
  • "Filumena Marturano", Eduardo De Filippo (1956)
  • "Ağaclar ayaqda ölür", Alehandro Kasona (1957)
  1. 1 2 ЯРОСЛА́ВСКИЙ, Яков Григорьевич // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. ТабаковаЯшугин. М.: Советская энциклопедия. 1967. стб. 1117. 38 000 экз.
  2. 1 2 3 Я. Г. Ярославски // Коммунист. № 59 (10395). 12 март 1957-ҹи ил. С. 3.