Yalanların cəmi və ya Yalanların bədəni (ing. Body of Lies) — 2008 casusluq və triller filmi. Devid Iqnatiyus-un eyni adlı romanından kinoya uyğunlaşdırmışdır. Filmin ssenarisini Vilyam Monahan yazmış və filmə Ridley Skot rəhbərlik etmişdir. Baş rollarda Leonardo DiKaprio və Rassel Krou oynayıb. 10 oktyabr 2008-də yayımlanacağı açıqlanmışdır.[9]
Yalanların cəmi | |
---|---|
ing. Body of Lies | |
Janr | döyüş filmi[1][2][…], triller filmi, dram filmi, roman ekranlaşdırması[d], dram |
Əsas mövzu | terrorizm |
Baş rollarda | |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 5 oktyabr 2008[7], 20 noyabr 2008[8] |
Filmin digər adı | Yalanların bədəni |
Müddət | 128 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Mərakeş |
IMDb | ID0758774 |
Filmin mövzusu İordaniya, İraq və ABŞ arasında casusluq və terrorizmə qarşı mübarizə üzərində qurulub. Leonardo Di Kaprionun canlandırdığı Rocer Ferris ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentidir və terror şəbəkəsini məhv etmək üçün təhlükəli bir plan üzərində işləyir. Bu zaman o, həm yerli güclərlə əməkdaşlıq edir, həm də öz təşkilatı daxilindəki siyasi manipulyasiyalarla üzləşir.
Film həm siyasi intriqa, həm də hərəkət dolu səhnələrlə diqqət çəkir və müasir dövrdə kəşfiyyat işlərinin mürəkkəbliyini göstərir.