Yana Mixaylovna Rıxlitska (ukr. Яна Миколаївна Рихліцька; 2 aprel 1993, Vinnitsa – 3 mart 2023, Baxmut[d], Donetsk vilayəti) — Ukraynalı könüllü, əsgər, Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi,[1] Rusiya-Ukrayna müharibəsi iştirakçısı.
Yana Rıxlitska | |
---|---|
Яна Рихліцька | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 aprel 1993 |
Doğum yeri | |
Vəfat tarixi | 3 mart 2023 (29 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Milliyyəti | ukraynalı |
Vətəndaşlığı | Ukrayna |
Fəaliyyəti | Könüllü, hərbi qulluqçu, Hərbi həkim |
Hərbi xidmət | |
Xidmət illəri | 2022-2023 |
Mənsubiyyəti | Ukrayna |
Qoşun növü | Ukrayna Silahlı Qüvvələri |
Döyüşlər | Rusiya-Ukrayna müharibəsi |
Rütbəsi | əsgər |
|
|
Təltifləri | 3-cü dərəcəli Boqdan Xmelnitski ordeni |
Yana Rıxlitska 2 aprel 1993-cü ildə Vinnitsada anadan olub.[1][2]
O, 2015-ci ildə Yaroslav Mudrik adına Milli Hüquq Universitetinin İqtisadiyyat və Hüquq fakültəsini bitirib.[2] Tələbəlik illərində idmanla fəal məşğul olub, sambo və cüdo üzrə idman ustalığına namizəd olub. Rıxlitska İT sənayesində də çalışıb.[2]
Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra o, aktiv könüllü fəaliyyətə başlayıb. 2022-ci ilin may ayında Yana Rıxlitska, 93-cü "Xolodnıy Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi olub və Baxmutdakı stabilləşdirmə mərkəzində xeyli sayda insanın həyatını xilas edib.[1][2]
Yana Rıxlitska, 3 mart 2023-cü ildə Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yaralıların təxliyəsi zamanı rus artilleriyasının atəşi nəticəsində həlak olub.[1][3][4]
Yana Rıxlitska böyüdüyü doğma şəhərindəki Qəhrəmanlar Xiyabanında dəfn edilib.[1][2]