Yaponiya Liberal-Demokratlar Partiyası (yap. 自由民主党, LDP) — Yaponiyanın siyasi partiyası.[3]
Sədri | Taro Aso |
---|---|
Lideri | Fumio Kişida |
Quruluş tarixi | 15 noyabr 1955 |
İdeologiya | Konservatizm, Liberal Konservatizm[1] |
İdeoloji spektr | sağçılıq |
Üzv sayı |
1,068,560 (31.12.2017)[2] |
Saytı | jimin.jp |
Vikianbarda əlaqəli mediafayllar |
LDP 15 noyabr 1955-ci ildə iki partiyanın birləşməsi nəticəsində yaranmışdır: Liberal və Demokratiklar. Partiyaların birləşməsi zərurəti ölkədə Yaponiya Sosial-Demokrat Patiyasının güçlənmiş mövqelərini zəyiflətməkdən irəli gəlirdi. Partiyanın ilk sədri 1956-cı ilin aprelində növbədən kənar qurultayda Yaponiyanın baş naziri İtiro Hatoyama seçilir. Bundan sonra partiya ölkənin aparıcı partiyasına çevrilir. Partiya sədrləri həmdə ölkənin baş naziri olmuşlar (Yohei Kono istisnadır).
Partiya 1955-ci ildən 1993-ci ilə qədər iqtidarda olmuşdur.[4][5] 11 aydan sonra 1994–1996 illər ərzində Sosialist partiyası ilə koalisiya qururlar. 1996–2009 illər ərzində yenidən hakimiyyətdə olmuşdur.
2009-ci ildə seçkilərində hakim partiyaya çevilə bilmirlər.[6][7] 2012-ci il seçkilərində yenidən iqtidara çevrilirlər.[8][9]
Partiyanın əsas qüvvəsi kənd təsərrüfatı ilə bağlı insanlardır. Üstəlik partiyanı bürokratlar, iri şirkət rəhbərləri və onların işçiləri dəstəklənir.
Partiya konservativ kursa sadiqdir. Əhalinin böyük qismi tərəfindən dəstəklənir. Bu partiya solçu partiyalara nisbətdə dəqiq ideologiya və fəlsəfəyə malik deyildir. Sağ partiyalara nisbətdə isə bir o qədərdə radikal deyil. Partiya ABŞ ilə yaxşı əlaqələrə malikdir. 90-cı illərdən Asiya və Sakit okean hövzəsi regionunda mövqelərini güçləndirmə xəttini tutmuşdur. Ölkədə elmin inkişafına xüsusi diqqət yeririrlər.
Partiyanın səfdri baş katibi təyin etmək hüququna malikdir. Siyasi rəhbərliyin, iqtisadi komitənin və icraetmə sovetinin rəhbəridir. Ölkənin idarə edilməsi üçün partiyaya seçiçilərin 50 % səsini toplamaq lazımdır.