Yaqorski yarımadası — Avropanın şimal-şərqində yerləşən iri bir yarımada. Barens dənizi ilə Kara dənizi arasında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsinə daxildir.
Yaqorski yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | ~ 18 min |
Yerləşməsi | |
69°28′00″ şm. e. 61°31′00″ ş. u. | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
Yarımadanın sahəsi 18 min km²-dir. Əsasən hündürlüyü 200 metr olan düzənliyə sahibdir. Mərkəzi hissəsində Pax-Xoy yüksəklikləri vardır ki, onunda ən hündür zirvəsi 423 metrdir (Mariz)[1].
Yarımadanın iqlimi subarktikdir. Qış 7 ay davam edir. Yay qısa olur. Yanvar ayının orta temperaturu −20 °C, iyul ayının isə +7 °C-dir. İllik yağıntının miqdarı 300 mm-dir. Yarımadanın ən iri çayı Böyük Oyu çayıdır.
Əsasən tundra bitkiləri yayılmışdır. Üzəri mamırla örtülüdür.
Yarımadabın şimalında Amderma limanı yerləşir. Əhali sıxlığı elədə böyük deyildir. Köklü əhalisi Nenlərdir. Üstəlik burada ruslarda vardır.
Yarımadada ilk elmi araşdıma işlərini Ernest Karloviç Qofman (1847–1850) aparmışdır. O, yarımadada geoloji və bioloji tədqiqat işləri aparılmışdır.