Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. |
Yaqub Xoşdari (23 oktyabr 1968, Muğanlı, DQMV – 16 avqust 1992, Qarabağ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Yaqub Xoşdari | |
---|---|
Yaqub Abdulla oğlu Xoşdari | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 1992 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1992 |
Döyüşlər |
Yaqub Xoşdari 23 oktyabr 1968-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur.
1976-cı ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olan Yaqub 1986-cı ildə Kuropatkin kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. Həmin il O, Mingəçevir Politexnik Texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Lakin təhsilini hərbi xidməti başa vurduqdan sonra davam etdirmişdir. O, eyni zamanda, Ağdam rayon rabitə qovşağının Muğanlı kəndində yerləşən ATS-də mexanik işləməyə başlamışdır. 1991-ci ildə "Avtomobillərin təmiri və onlara texniki qulluq" ixtisası üzrə Texnikumun tam kursunu bitirmişdir. Yaqub dəfələrlə həyatını təhlükəyə ataraq ermənilərin kəsdiyi rabitə xəttini birləşdirmək məqsədi ilə təhlükəli ərazilərə keçmişdir.
Muğanlı kəndi Gülmətəpə yüksəkliyində yerləşən erməni mövqelərindən tez-tez atəşə məruz qalırdı. Oradan atılan mərmilər kənddə böyük dağıntılar törədirdi. Kəndin özünümüdafiə dəstəsi yüksəklikdəki ermənilərin sayının dəqiqləşdirilməsi barədə əmr alır. 1992-ci il avqustun 14-də axşam saatlarında dəstə həmin yüksəkliyə doğru istiqamət alır. Yaqub Xoşdari də vuruşanlar arasında idi, lakin evin tək oğlu olduğu üçün dəstə rəhbəri ona döyüşməyə icazə verməmişdi. Yaqub həm də özü üçün ratsiya götürmüşdü. Kəşfiyyatçılar düşmən postunun 30-40 metrliyinə çatanda onlardan biri minaya düşdü. Bu vaxt baş verən partlayış nəticəsində bir nəfər həlak oldu, Yaqub və daha iki nəfər isə yaralandı. Düşmənlə xeyli atışmadan sonra kəşfiyyatçılar geri çəkildilər. Ağır yaralanan Yaqubu Ağdam rayonunun Qaradağlı kəndində yerləşən Hərbi Hospitala yerləşdirdilər. Vəziyyəti daha da ağırlaşdığından onu oradan Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitala köçürdülər. Buna baxmayaraq, Yaqubu xilas etmək mümkün olmadı. Yaqub Xoşdari 16 avqust 1992-ci ildə müalicə aldığı xəstəxanda dünyasını dəyişdi.
Muğanlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Ailəli idi, Murad adlı bir oğlu var.