Qaradağlı (Qaradağlı, Ağdam)

Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Qaradağlı
40°01′45″ şm. e. 47°04′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 560 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0230
Nəqliyyat kodu 02
Xəritəni göstər/gizlə
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı

Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, XaçmazŞəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir.

XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub.[2]

XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı.[3]

Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.

  1. 18 dekabr 1990-cı ildə erməni yaraqlıları tərəfindən Ağdam rayonunun Qaradağlı kəndinə silahlı basqın edilmiş, nəticədə milis nəfəri Q.Cəfərov ağır yaralanmışdır.
  2. 13 dekabr 1991-ci ildə erməni yaraqlıları Ağdam rayonunun Qaradağlı kəndini avtomat və pulemyotlardan atəşə tutmuş, nəticədə kənd sakini, 1966-cı il təvəllüdlü E.Süleymanov ağır yaralanmışdır.[4]
  3. 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Qaradağlı kəndi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub.
  4. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Qaradağlı kəndi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub.
  5. 2020-ci ildə kənd və kəndin məktəbi bombalanıb. Nəticədə kəndin sakini İ.Coşqun və E.Elməddin şəhid olmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Ağdam rayon mərkəzindən 15 kim şimalda, Qarqar çayından 3 km aralı, Ağdam-Ağcabədi şosesi yolu kənarında, Qarabağ düzündədir.

1977-ci ilin məlumatına görə kəndin 1559 nəfər əhalisi olmuşdur. 2018 ilin məlumatına görə Qaradağlı sovetliyində 6818 nəfər əhali qeydiyyatda olmuşdur. Ağdam şəhəri işğal olunandan sonra, Qaradağlı kəndində çoxlu qaçqın məskunlaşıb.

Kəndin tam orta məktəbi, musiqi məktəbi,uşaq bağçası var.

Kəndin tarix diyarşünaslıq muzeyi vardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[5]

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kəndin şəxsiyyətlərinin şəkilləri

[redaktə | mənbəni redaktə et]

Yaqub Əhmədov — kənd təsərrüfatı elmləri namizədi, xeyriyyəçi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. http://modern.az/az/news/26050#gsc.tab=0
  3. B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005
  4. Dağlıq Qarabağ: hadisələrin xronikası[ölü keçid]
  5. Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib[ölü keçid]
  6. Hüseynqulu Ağaməmmədov
  • Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı, 1979
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]