Yaqut əl-Həməvi

Yaqut əl-Həməvi (1178[1], Konstantinopol20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı.

Yaqut əl-Həməvi
ərəb. ياقوت بن عبد الله الحَمَوي الرومي
Doğum tarixi 1178[1]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1229
Vəfat yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], coğrafiyaşünas, yazıçı, tarixçi

Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir.[2]

Yaqut əl-Həməvi əslən türk olsa da, Suriya tacirlərindən birinin qulu olduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul olmuşdur. XIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları toplamaqla "Coğrafi lüğət" kitabını yazmışdır. Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Orta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla coğrafi lüğətlər tərtib etməklə məşğul olmuşdur.

  1. И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г.
  2. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957
  3. Бартольд В. В. Сочинeния, т.т.1–6 Москва 1963–68.
  4. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt LXVIII. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2013, 617 sayfa.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "N.Əliyeva. "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz" (PDF). 2022-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]