Yaqut Məmmədova (jurnalist)

Yaqut Əfrasiyab qızı Məmmədova (təxəllüsü Tapdıqqızı; d.1982, Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, "Tərəqqi" medalı laureatı (2020)[1], "Azad Azərbaycan" telekanalının "ATV Səhər" redaksiyasının baş redaktoru, "ATV Qərargah" və "Qarabağ gündəliyi" layihələrinin rəhbəri və aparıcısı.[2]

Yaqut Məmmədova
Yaqut Əfrasiyab qızı Məmmədova
Digər adı Yaqut Tapdıqqızı
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan SSR
Vətəndaşlığı
İxtisası Jurnalistika
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Lider TV, CBC, ATV
Mükafatları "Tərəqqi" medalı

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1988-1999-cu illərdə Lənkəran şəhər 1 nömrəli orta məktəbdə təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində Lider televiziyasında ştatdankənar müxbir kimi fəaliyyətə başlamış və 2005-ci ildən "Lider TV"-nin İctimai-siyasi, sosial problemlər və informasiya analitik proqramlar xidmətinin "Səda" informasiya qrupunun müxbiri, daha sonra "Səda-Səhər" informasiya verilişinin aparıcısı və redaktoru olmuşdur. 2010-cu ildə Lider televiziyasının İctimai-siyasi, sosial problemlər və informasiya analitik proqramlar xidmətinin yaradıcı prodüseri vəzifəsinə təyin olunaraq bir sıra layihələrə rəhbərlik etmişdir. Lider televiziyasının arxivində qorunan Heydər Əliyevə həsr edilmiş "Aşılmayan Sədd" və prezident İlham Əliyevin ilk prezidentlik dövründə fəaliyyətindən bəhs edən "Yüksəliş" sənədli filmlərinin müəllifidir.

2012–2015-ci illərdə "New Baku Post" qəzetinin Sosial Xəbərlər Bölməsinə rəhbərlik etmişdir.

2015–2018-ci illərdə CBC telekanalında Xəbər departamentinin prodüseri vəzifəsində çalışmış, eyni zamanda, 2016-cı ildə aprel döyüşləri zamanı hadisələrin işıqlandırılması üçün Müdafiə Nazirliyi tərəfindən yaradılan media qrupuna daxil edilərək bir neçə dəfə cəbhə bölgəsinə ezam olunmuşdur. 2018-ci ilin yanvarında Cocuq Mərcanlıdan "Böyük Qayıdışın başlanğıcı" sənədli filmini hazırlamışdır.

2018-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının İctimai–siyasi və Xəbərlər departamentinin "ATV Səhər" redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Bundan başqa, ATV televiziyasında yayımlanan "ATV Qərargah" layihəsinin müəllifi və aparıcısıdır. Həmçinin, bu telekanalda hər gün canlı yayımlanan "Qarabağ gündəliyi" layihəsinin də rəhbəri və aparıcısı olmuşdur.

Mükafatları və təltifləri[redaktə | mənbəni redaktə et]

Jurnalist fəaliyyətinə görə aşağıdakı mükafatlarla təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında
  2. "145 yaşlı mətbuatın mükafatçıları". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.