Yarasa (roman)

Yarasa (norv. Flaggermusmannen) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ilk əsəridir. Başqa bir adı " Yarasanın uçuşu"[2] adlanır.

Yarasa
norv. Flaggermusmannen
Əsərin orijinal variantının üz qabığı
Əsərin orijinal variantının üz qabığı
Müəllif Yu Nesbö
Janrlar detektiv, cinayət
Orijinalın dili norveç
Ölkə
Orijinalın nəşr ili Aschehoug & Co[1]
Seriya Harri Hole #1
Sonrakı Tarakanlar

Norveç kral polis idarəsi zorlanmış, sonradan isə öldürülmüş keçmiş Norveç aktrisası İnqer Holterin təhqiqat işində Norveçi təmsil etmək üçün Harri Holeni Avstraliyaya ezam edir. Harri Avstraliyaya çatanda ilk tanış olduğu şəxs, Avstraliya aborigeni olan, Sidney polis idarəsindən ölüm işinin təhqiqatı tapşırılan və onun nominal tərəfdaşı olacaq Endryu Kensinqton olur. Holterin cəsədinin sahildə qayaya çırpılıb dağılmış şəkildə tapıldığını və bütün izlərin və sübutların yuyulduğunu Harriyə xəbər verirlər.

İlk olaraq onun heyranı olan Evans Uaytdan şüpələnildi. Evans 1970-ci ildə boşanmış anası ilə Avstraliyaya imiqrant olaraq gəlib, indi isə Nimbin şəhərində narkotik alveri ilə məşğul olur.

Harri Evans ilə tanış olan kimi onun cinayətdə əlinin olduğuna əmin olur. Harri və Endryu əvvəllər İnqer Holterin barmen işlədiyi paba baş çəkirlər. Orada Harri homoseksual və kloun olan Otto Rextnaqellə və İsveçli Birqitta Enkvist ilə tanış olur və Birqittanı görüşə dəvət edir. Görüşdə Harri ona spirtli içki aludəçisi olduğunu və öz iş yoldaşının ölümündə günahkar olduğunu etiraf edir.

Endryu Harrini Cim Çayversin komandası tərəfindən təşkil olunmuş yerliboks turnirinə aparır. Yarışdan sonra Harri aborigen-boksçu Robin Tuvumba ilə tanış olur. Endryu polis olmamışdan qabaq Robin ona himayədarlıq edirdi.

Yeni Cənubi Uelsdə zorlanmaya məruz qalan qurbanların analizi bütün qurbanların sarışın olduğunu göstərir. Cinayətkarın kimliyi məlum olmasa da, istintaq komandası tərəfindən bu cinayətlər seriyası ilə bir neçə il bundan əvvəl törədilmiş cinayətlər arasında uyğunluq aşkar olunmuşdur.

Sidney şəhərindən olan narkobaronu sorğulamağa cəht edərkən Harri davaya girməli olur. Endryu davada ona kömək edərkən zədə alır və hospitala yatızdırılmalı olur. Harri Otto Rextnaqeldən şüpələnməyə başlayır, çünki onun sirkinin hər getiyi yerdə sonradan bir zorlanmış sarışın qız tapılır. Harri bu məsələ barədə Endryuya o, hospitalda olanda deyir, o isə bu məsələnin olüm-dirim məsələsi olduğunu deyərək Harrini Ottonu həbs etmə fikrindən çəkindirməyə çalışır.

Tamaşa bitdikdən sonra Otto səhnəni tərk edən kimi Harri və onun həmkarları səhnə arxasında Ottonu axtarırlar, amma hec yanda tapa bilmirlər. Nəhayət, onun hissələrə ayrılmış cəsədini parlanmış duş kabinindəd tapırlar. Otto Rextnaqelin ölümünün səhəri günü Harri və həmkarı Endryunu Ottonun evində çilçıraqdan asılıb ölmüş tapırlar. Harri evdən həmçinin heroin inyeksiyası üçün toplu şəkildə olan işlənmiş və içlənməmiş şprislər tapdı, lakin bunu Lebyedən gizlətdi. Bundan sonra Harri narkotik dillerlərindən birini sorğulayaraq Edryunun onların müştərisi olduğunu, mütəmadi olaraq kiçik dozalar aldığını və hər dəfəsində pulunu verdiyini öyrəndi. Endryu öz pis vərdişini kontrol altında tuta bilən və normal həyat tərzi sürən azsaylı narkomanlardan biri idi.

Harri cinsi əlaqədə olmaq bəhanəsi ilə öz otel nömrəsində fahişəni sorğulayır. Onun yanına gələn Birqitta onu çılpaq və sərxoş vəziyyətdə fahişə ilə birlikdə görür və Harrini tərk edir.

Harrini otelin daxili qaydalarını pozduğuna görə oteldən qovurlar. Bir neçə gün küçələrdə sərgərdan gəzən Harri Sidney oğru dünyasının görkəmli şəxslərindən informasiya əldə etmək istəyir. Bir müddətdən sonra özünə gələn Harri Birqitta ilə əlaqə saxlayır və onunla barışır. Harrinin çoxsaylı təkidindən sonra Birqitta Evans üçün yem olmağa razılıq verir və narkotik almaq bəhanəsi ilə Evansa görüşməyi təklif edir. Plan üzrə o Evansa təzyiq edib ölümlər haqqında məlumat almalı idi, lakin o vaxta qədər Harri belə qərara gəlir ki, Evans qatil deyil.

Əməliyyat baş tutmur və Birqitta yox olur. Polis Evansı tapan kimi Harri onu sorğulayır. Evans isə öz növbəsində hər zaman Briqittaya çüpə ilə yanaşdığını iddia edir, hətta Evansla görüş yerini və vaxtını dəyişdiyini bildirirdi.

Harri Tuvumbaya zəng edir və o bütün törətdiyi cinayətləri boynuna alır. Tuvumba bir müddət Rextnaqellə əlaqədə olduğuna görə Rextnaqel Tuvumbanın cinayət törətdiyini öyrənir. Tuvumbanın idman karyerasına ümüd edərək Endryu Harrini Norveçə qaytarılana qədər izdən yayındırmağa çalışır. Rextnaqelin hər şeyi polisə danışacağı məlum olandan sonra, Tuvumbanın gözündə dəyərini itirir.

Harri polislərlə Tuvumbanın evinə girirlər, ancaq Briqittanı orda tapa bilmirlər. Sonra onlar Tuvumbanın adına qeydiyyatdan keçmiş suyun dibində lövbərinə Briqittanın zəncirlə bağlanmış cəsədi olan qayiq aşkar edirlər.

Harri və polislər Tuvumbanı "Sidney Akvariumu"na kimi təqib edirlər. Sahildə Harri boksçunu yaralayır və qalxan qasırğa onun cəsədini dənizə çəkir.

  1. "Arxivlənmiş surət". 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
  2. "Arxivlənmiş surət". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.