Yardımçı hakim

Fransalı qadın hakimi topun çıxdığı barədə işarə edir

Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikiri baş hakim ləğv edə bilər.

Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər. Dördüncü hakim əsasən oyunçu dəyişikliyinə nəzarət, oyuna nə qədər vaxt əlavə olunacağı barədə tamaşaçılara tablo vasitəsi ilə göstərmək və başqa texniki işlərlə məşğul olur. Yerli oyun qaydalarından asılı olaraq, əgər baş hakim və ya köməkçi hakim oyunu davam edə bilməzsə, dördüncü hakim onları əvəz edə bilər.

Əsas vəzifələri

[redaktə | mənbəni redaktə et]

Futbol oyununun 6-cı qaydasına görə "hakimin iki köməkçisi olmalıdır". Qayda həmçinin yardımçı hakimlərin səlahiyyətlərini müəyyən edir, lakin onların qərarları həlledici deyil və baş hakimin təsdiqi olmadan, heç bir qərar quvvəyə minmir. Həmçinin baş hakim şübhəli məsələlərə dair onlarla məsləhətləşə bilər. Hakimin köməkçiləri penalti zərbələri zamanı vizual yardımı təmin edirdilər, amma Qol xətti texnoloqiyasının tətbiqindən sonra buna ehtiyac qalmadı. Baş hakimin köməkçiləri adətən hazırlıq və inzibati funksiyaların yerinə yetirilməsi üçün hakimə yardım göstərirlər.

Yardımçı hakimlərin və baş hakimin geyimi eyni olmalıdı, üstəlik yardımçı hakimlər öz qərarlarını baş hakimə, futbolçulara və tamaşaçılara göstərmək üçün gur-rəngli bayraqlar (adətən qırmızı, sarı) daşimalıdılar. Futbolda əsasən diaqonal nəzarət sistemi istifadə edildiyindən, hər köməkçi hakim oyun zamanı meydanın yalnız bir ucuna və bir yan xəttinə nəzarət edir. Yüksək səviyyəli yarışlarda yardımçı hakimin bayrağı düymələrlə təchiz oluna bilər, bununla o, hakimə səs siqnalı göndərib, hakimin diqqətini cəlb edə bilər. Həmçinin hakimlər arasında səs ünsiyyəti daha asan olsun deyə, yüksək səviyyəli yarışlarda xüsusilə də böyük stadionlarda keçirilən oyunlarda hakimlər briqadasının hər bir üzvü simsiz mikrofonlar və qulaqlıqlarla təchiz olunur.

Əvvəllər hakimin köməkçiləri "laysman" adlanırdılar. 1996-ci ildə bu ad hakimlərin müasir rolunu əks etdirmək və bu peşənin hansısa kankret cinsə aid olmadığını göstərmək üçün dəyişdirilmişdir. Buna baxmayaraq aşağı səviyyəli turnirlərdə hələdə "laynsman" termini işlədilir

Dördüncü hakim

[redaktə | mənbəni redaktə et]

Dördüncü hakim referiyə müxtəlif məsələlərdə kömək və digər hakimi əvəz edə bilər. İngilis hakim və inzibatçı Ken Aston 1966-cı ildə "ehtiyat hakim" adlanan praktikanı tətbiq etməyə başlıyıb, lakin Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) rəsmən 1991-ci ilə qədər belə bir hakim mövqeyisini yaratmadı və futbola nəzarət edən bu nümayəndənin (bir hakim kimi yox) meydanda məsuliyyət zonasını açıqlamışdı. Dördüncü hakimə sadəcə hər zaman baş hakimə yardım etmək tapşırılıb və onun vəzifələri əsasən baş hakimin səlahiyyətindədir. Dördüncü hakimin meydandaki mövqeyəsi komandaların texniki zonaların arasında olan qısa məsafədədi, amma onun dəqiq harda duracağını futbol qanunları müəyyən etmiyib. Adətən dördüncü hakim aşağıdakı işləri görməkdə kömək edir:

  • Oyunun əvvəlində, zamanı və sonrasında inzibati funksiyalarını yerinə yetirməkdə köməklik göstərmə;
  • Futbolçuların geyim təchizatını yoxlanışı və qiymətləndirilməsi;
  • Əvəz edilmələrin mütəşəkkil qaydada aparılmasının təmin edilməsi;
  • Nömrələnmiş lövhələr və ya elektron tablo vasitəsilə əvəzetmənin detalları haqqında hakimi xəbərdar etmək;
  • Nömrələnmiş lövhələr və ya elektron tablo vasitəsilə komandalara və tamaşaçılara hissəyə nə qədər vaxt əlavə edildiyi haqda məlumat vermək. Oyuna nə qədər vaxt əlavə etməkdən öncə, dördüncü hakim baş hakimlə məsləhətləşməlidi;
  • Hakim və oyunda iştirak etməyən hər hansı bir üzv (məsələn, stadion menecerləri, təhlükəsizlik heyəti, TV və radio yayım ekipajı) arasında əlaqəçi kimi çıxış etmə;
  • Məşqçilər ya da əvəz edici oyunçular texniki zonada səs-küy edərlərsə, onları sakitləşdirmək;

Dördüncü hakim hakimlər briqadasının əsas üzvlərindən sayılır, hansı ki meydana və oyunçulara nəzarət edir və referinin gözdən qaçırtdığı epizodlarda ona məsləhət verir. Dördüncü hakim əlavə yazılarda edir və hakimin ciddi səhv etməsinin qarşısını alır: məsələn, hakimin səhv oyunçunu cəzalandırması və ya da bir oyunçuya iki dəfə sarı kart göstərib, qırmızı kart göstərməməsi hallarda.

Dördüncü hakim 2006-cı ildə Dünya Çempionatının finalında əhəmiyyətli rol oynadı, çünki bu vəzifəni daşıyan Luis Medina Kantalexo referi Elisondo Horasioya Zinəddin Zidanın Marko Materatsiya başı ilə zərbə endirdiyini bildirdi, və nəticədə baş hakim Zidana qırmızı kart göstərdi. Fransa millisinin o zaman ki baş məşqçisi Raymond Domenik hakim Kantalexonu video təkrar izləməkdə günahlandırmışdı (hakimlərə video təkrar izləmək FİFA qanunlarına ziddi idi), amma FİFA bununla razılaşmadı və Kantalexonun heç bir qayda pozuntusu etmədiyini açıqlamışdı.[1]

Əgər üç hakimlərdən biri zədələnərsə, onda dördüncü hakim rəsmi əvəzləyici sayıldığı üçün onların yerinə keçə bilər.

Əlavə hakimlər

[redaktə | mənbəni redaktə et]

Əlavə hakimlər az istifadə olunsalar da, yenə də bir neçə beynəlxalq turnirlərdə sınanmışdılar.

2006-cı ildə keçirilən Dünya Çempionatında FİFA oyunlara 5 hakim təyin etmişdir. Beşinci hakimin vəzifəsi dördüncü hakimə müxtəlif məsələlərdə kömək və lazım gələrsə hansısa zədələnmiş hakimi əvəz etməkdə idi. Əgər yardımçı hakim hər hansısa səbəbdən oyunda hakimliyi davam edə bilməzsə, onda onu beşinci hakim əvəzləməlidir, dördüncü hakim isə referinin (baş hakimin) əsas əvəzedicisi sayılır.[2] Bu fərq baş hakimin və hakimin köməkçilərinin ayrı-ayrı tapşırıqları yerinə yetirdiyini göstərmək üçün edilmişdir.[2]

2006 Dünya Çempionatının finalı sonrası İtaliya millisinin baş məşqçisi Marçello Lipi söyləmşidir ki, baş hakim Fransa millisinin oyunçusu Zidana qırmız kart göstərməzdən əvvəl beşinci və dördüncü hakimlərlə məsləhətləşmişdir, hansılar ki qayda pozuntusu momentini video təkrar izlədikdən sonra, baş hakimə öz qərarını söyləmişdilər.[3] FİFA bu iddianı təkzib etmişdir.[4]

Əlavə köməkçi hakim

[redaktə | mənbəni redaktə et]

UEFA Avropa Liqasının 2009/2010 sezonunun qrup mərhələsində hər iki qapının arxasında bir hakim qoyulmuşdur ki, baş hakimi hər cür insidentlərlə bağlı məlumatlandırsın, xüsusilə cərimə meydançasında və onun ətrafında baş verən olaylar barədə. Onların mövqeyiləri mübahisəli anlar yada qol vəziyyətləri zamanı daha yaxşı görüntü təmin edir.

Bu sayda hakimlər həmçinin UEFA Çempionlar Liqası 2011-2012 sezonunda və Avro 2012 seçmə və final mərhələsində istifadə olunmuşdur. UEFA Çempionlar Liqasında, Avropa Liqasında, AVRO 2012, eləcə də AFK Prezidentinin Kuboku və Braziliyada, Fransada, İtaliyada, Mərakeşdə və Qətərdə keçirilən turnirlərdə 2 illik sınağdan sonra, əlavə köməkçi hakimlərin istifadəsi 2012-ci ildə iyul ayında Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqləndi.[5] 2013-cü ildə əlavə yardımçı hakimlər Şotlandiya kubokunun final oyununu idarə etmişdilər, bu Şotlandiya futbolunda bir ilk idi.[6]

  1. "Arxivlənmiş surət". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
  2. 1 2 Poll, Graham (9 April 2009). "The Official Line: How many referees do you need for an FA Cup semi-final?" Arxivləşdirilib 2020-11-25 at the Wayback MachineDaily Mail (Associated Newspapers). Retrieved 30 İyul 2015.
  3. Ingle, Sean (10 July 2006). "Sending-off is put down to video use" Arxivləşdirilib 2021-07-11 at the Wayback MachineThe Guardian (Guardian News and Media).
  4. "Fifa denies video evidence claims" Arxivləşdirilib 2018-06-13 at the Wayback MachineBBC Sport. BBC. 10 July 2006. Retrieved 17 August 2013.
  5. "IFAB makes three unanimous historic decisions". Arxivləşdirilib 2015-06-08 at the Wayback Machine FIFA.com.
  6. "Willie Collum and additional assistants appointed for final"BBC Sport. BBC.