Bu məqaləni vikiləşdirmək lazımdır. |
UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
UEFA Avro 2008 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | iyun 2008 |
Başlama tarixi | 8 iyun 2008 |
Bitmə tarixi | 29 iyun 2008 |
Yekun nəticəsi | |
Çempion | İspaniya milli futbol komandası |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 77 |
Tamaşaçı sayı | 1.140.902 |
Mükafat sahibləri | |
Bombardir(lər) | David Vilya |
← 2004 2012 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Sıra | Komanda | O | Q | H | M | Qollar | + | X | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Portuqaliya | 2–0 | 3–2 | 0–2 | 3 | 2 | 0 | 1 | 5–3 | +2 | 6 | |
2 | Türkiyə | 0–2 | 3–2 | 2–1 | 3 | 2 | 0 | 1 | 5–5 | 0 | 6 | |
3 | Çexiya Respublikası | 1–3 | 2–3 | 1–0 | 3 | 1 | 0 | 2 | 4–6 | –2 | 3 | |
4 | İsveçrə | 2–0 | 1–2 | 0–1 | 3 | 1 | 0 | 2 | 3–3 | 0 | 3 |