Bu məqaləni vikiləşdirmək lazımdır. |
UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb.[2]
UEFA Avro 2012 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi |
Polşa Ukrayna |
Tarix | 2012 |
Başlama tarixi | 8 iyun 2012 |
Bitmə tarixi | 1 iyul 2012 |
Stadion sayı | 8 (8 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İspaniya milli futbol komandası |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 76 |
Tamaşaçı sayı | 1.440.896 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Fernando Torres, Mario Qomes, Alan Dzaqoyev, Mario Balotelli, Kriştianu Ronaldo, Andres İnyesta[1] |
← 2008 2016 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.
Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək. İkinci yerin sahiblərindən də biri eyni hüququ əldə etmiş olacaq. Qruplarda ikinci yeri tutan digər 8 yığma isə pley-off oyunlarında qalibi müəyyənləşdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi gələn 2010-cu il fevralın 7-də Polşanın Varşava şəhərində keçiriləcək.
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatması zamanı milli komandaların yer alacağı səbətlərin yekun tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının pley-off mərhələsi başa çatdıqdan sonra AÇ-2012-nin seçmə oyunlarında iştirak edəcək 51 kollektivin hər birinin potensial rəqibləri məlum olub. 2010-cu il fevralın 7-də Polşanın paytaxtı Varşavada atılacaq seçmə mərhələnin püşkü atılacaq. Həmin mərasimdə iştirakçılar 9 qrupa bölünəcək. A-F qruplarının hər birində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alacaq. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanacaq. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandasının da 6 komandalı qrupa düşəcəyi dəqiqdir.
Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd "xoşbəxt"i müəyyənləşdirəcək.
2012-ci ildə Polşa və Ukraynada keçiriləcəkdir.
Final mərhələsinə vəsiqə qazanmış ölkələr:
2012 Avropa Kubokunda 31 oyun oynanılacaq. 16 oyuna Ukrayna, 15 oyuna isə Polşa ev sahibliyi edəcək[3]. Oyunların keçiriləcəyi şəhər və oyun sayısı belədir:
Varşava | Poznan | Vroslav | Qdansk |
---|---|---|---|
Varşava Milli Stadionu Tutumu: 55,920[4] |
Miejski Stadionu (Poznan) Tutumu: 45,830[5] |
Miejski Stadionu (Vroslav) Tutumu: 45,771[6] |
PGE Arena Qdansk Tutumu: 44,000[7] |
Kiyev | Donetsk | Lvov | Xarkov |
Milli Olimpiya İdman Kompleksi Tutumu: 69,004[8] |
Donbas Arena Tutumu: 51,504[9] |
Yeni Lvov Stadionu Tutumu: 33,500[10] |
Metalist Stadionu Tutumu: 41,411[11] |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |