Yasna Qora monastırı (pol. Jasna Góra, Luminous Mount, lat. Clarus Mons) — Polşanın Çenstoxova şəhərində yerləşən Katolik monastırı. Katoliklərin və Ortodoksların ən böyük ibadətgahıdır. Çenstoxovanın Qara Madonnası bu monastırda saxlanılır.[1]
Yasna Qora monastırı | |
---|---|
Jasna Góra | |
50°48′45″ şm. e. 19°05′50″ ş. u. | |
Ölkə | |
Yerləşir | Çenstoxova |
Tikilmə tarixi | 1382 |
Üslubu | barokko |
Rəsmi sayt | jasnagora.pl |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yasna Qora monastırına ilin müxtəlif vaxtlarında ziyarətlər təşkil edilir və ölkənin qədim tarixi abidələrindən biridir. Bu ziyarətlərin təşkil olunmasının əsas səbəbi Polşa xalqının milli birliyini nümayiş etdirməkdir. Yasna Qora monastırı UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Yasna Qora monastırının əsası 1382-ci ildə Opole qraflığının cəngavəri Vladislav tərəfindən Macarıstandan dəvət olunan Paulin rahiblərin tərəfindən qoyulmuşdur.