«Yatmış gözəl» (ing. Sleeping Beauty) — avstraliyalı rejissor Culiya Linin, erotika elementləri ilə çəkilmiş dram janrında film. Baş rolda Emili Brauninq çəkilib. Film dolanacaq qazanmaq üçün özəl klubda işləyən cavan tələbə qız haqda danışır. Filmin beynəlxalq premyerası 11 may 2011-ci ildə Kann kinofestivalında keçirilib.
Yatmış gözəl Sleeping Beauty | |
---|---|
ing. Sleeping Beauty | |
Janr |
dram erotik |
Əsas mövzu | fahişəlik |
Rejissor | Culiya Li |
Baş rollarda |
Emili Brauninq Reyçel Blek İven Lesli Piter Kerrol |
Operator | Ceffri Simpson |
Bəstəkar | Ben Frost |
İstehsalçı | IFC Films |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 2011, 18 iyun 2012[2] |
Filmin növü | Bədii film |
Müddət | 104 dəq. |
Büdcə | $36,578 (USA)[1] |
Ölkələr | Avstraliya |
Dil | İngiliscə |
İl | 2011 |
Rəng | rəngli |
IMDb | ID1588398 |
Filmin süjeti «Susanna və qocalar» adlı bibley tarixcəsinin allüziya və reminissensiyasıdır. Bir neçə yerdə işləyən, yaşayış yeri ilə əlaqədar problemləri olan Avstraliyalı tələbə Lüsi student qəzetində özəl elitar gecə klubunda, klientlər üçün alt paltarında yemək verən offisiant işi tələb olunan elan görür. Başqa-başqa vaxt ərzində telefon zəngi ilə onu şəhərətrafında yerləşən villaya dəvət alır. Orada güclü narkotikların təsiri ilə o səhərə kimi yatır, qoca klientlər isə bu zaman onun bədəni ilə istədiklərini edirlər. Yeganə tabu — vaginal seksin qadağasıdır və bu haqda klientlər salonun sahibəsi tərəfindən əvvəlcədən xəbərdar olunurlar. Vaxt keçdikcə baş qəhrəman daha və daha da çox, onunla yuxulu olduğu zaman nə baş verdiyini bilmək istəyir.
Onu ofisdən çıxardıqdan sonra, Lüsi elektronika mağazasından gizli kamera alır. O ona həmkarı tərəfindən təklif etdiyi yüksək dozalı antidepressant-preparatı prozakı (onun adı oğlan ingilis dilində deyəndə eşidilir) gəbuluna asanlıqla razılıq verir, bu isə salonun sahibəsi Klara tərəfindən qəti sürətdə qadağan olunmuşdu, sonra isə oğlanla dənizdə birgə çimir. Səhəri o oğlanla bir yataqda olduğunu görür. Birdən ona Klara zəng eləyir və təcili olaraq villaya gəlməyi ona deyir. Sürücü artıq qapının dalında duraraq onu gözləyir. Lüsi özünü pis hiss edir və yolda qusur. Villaya çatanda o Klaraya yalan danışaraq "özünü əla hiss etdiyini" deyir, sonra isə o xahiş edir ki, Klara bu dəfə ona narkotik verməsin, çünki heç olmasa bir dəfə o yatan zaman onunla nə baş verdiyini görmək istəyir. Klara razı olmur və "bu onun klientləri üçün şantaj olabiləcək qorxu" olduğundan onları sığorta etmək üçündür — deyir. Lüsi otaqda tək qaldığından və yatağa girdiyindən sonra, ağzında gizlədiyi portativ kameranı çıxarır. Narkotik vasitələrin təsiri altında o özündə güc taparaq otağın kənarında yerləşən vazaya kameranı taxaraq yenidən yatağa yıxılır.
Klara ilə birgə otağa daxil olan klient, əzələli qoca bir kişidir. O əvvəllər Lüsi ilə birgə gecə keçirib, lakin bu dəfə o da Lüsinin içdiyi narkotikli çayı, ancaq 4 dəfə artıq dozada içir və yataqda uzanır. Bir neçə vaxt sonra Klara otağa girir, aynaları açır, qocanın pulsunu ölçür və əmin olur ki, o ölüb. Sonra o Lüsini oyadmağa çalışır. Lüsinin qəbul etdiyi prozakın və yuxugətirən çayın təsiri nəticəsində oyanmır, onun ağır nəfəsalması isə Klaranı qorxudur və o ona süni nəfəs verərək onu dirildir. Qız oyanır, yanındaki lüt kişiyə toxunaraq onun bədəninin soyuq olduğunu — onun öldüyünü anlayır. Bu onda dəhşətli qışqırığa səbəb olur. Filmin sonunda Lüsi tərəfindən qoyulan kameranın çəkilişi ilə sona bitir — qoca insan, öz həyatından bezmiş, sadəcə sakitcə əbədi yuxuya gərg olmaq istəyi ilə gözəl yuxuda olan qızın yanına gəlir.