Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018).
Yavər Camalov | |
---|---|
18 mart 2006 – 23 iyun 2018 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mədət Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyun 2018 (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.
23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.[1] Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.[2]
Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır.[3]
Yavər Camalov 2003–2006-cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.