Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik; Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini (2023-cü ildən).
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir.
1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirmişdir.
Sambo üzrə idman ustası. Triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.
- 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır[1];
- 1983-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətə başlamışdır;
- 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır[2]; 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına baxmayaraq, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməyinə nail olmuşdur[3].
- 1994–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Regional Şöbəsinin (Yevlax-Qazax) rəisi vəzifəsində çalışmışdır[4]; Mədət Quliyevin rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində, ölkədə formalaşmış cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilmişdir[5]. Həmçinin, 1994-cü il oktyabr hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etmişdir[6].
- 1995–1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;
- 1996–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;
- 2001–2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;
- 2002–2004-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
- 2004–2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi[7];
- 2006–2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi[8];
- 2011–2015-ci illərdə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini-Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir[8];
- 2015-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və nazir vəzifəsini icra etmişdir.
- 2015–2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi[9];
- 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri.[10];
- 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini.[11]
- Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti;
- 26 noyabr 2021-ci il tarixindən Azərbaycan Velosiped Federasiyasının prezidenti.[12]
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.[13]
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə polis general-mayor rütbəsi verilmişdir.[4]
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.[14]
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli Sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[15]
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli 509 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[16]
- 13 iyul 2022-ci il tarixində "Dövlətçilik ənənələrindəki xidmətlərinə görə" Avropa Xidməti Ordeni ilə təltif edilmişdir.
- 2022-ci ildə "Türk Dünyası millətinə və dövlətçiliyinə üstün xidmətlərinə görə" Atatürk Beynəlxalq Mükafatı ilə təltif edilmişdir.
- Xorvatiya Respublikasının Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin medalı ilə təltif edilmişdir.
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|