Yavərkənd

Yavərkənd -İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.

kənd
Yavərkənd
40°20′07″ şm. e. 44°10′06″ ş. u.
Ölkə  Ermənistan
Rayon Keşişkənd (Yeğeqnadzor) rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Yavərkənd xəritədə
Yavərkənd
Yavərkənd

Toponimikası[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 18 km şimal-şərqdə, Ağkəndin yanında yerləşirdi. Burada 1922-ci ildə 2 nəfər azərbaycanlı yaşamışdır. 1924-25-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Azərbaycan dilində «yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs» mənasında işlənən yavər sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Mürəkkəb quruluşlu toponimdir [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İbrahim Bayramov Qərbi Azərbaycanın Türk Mənşəli Toponimləri Bakı,Elm,2002

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]