Yavaş şəhər

Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər var. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.[1]

Cittaslow International
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1999
Bağlanma tarixi 2005
Baş qərargahın yeri Orvieto, Terni, Umbriya, İtaliya
İqtisadi göstəriciləri
Birjada listinqi NASDAQ: NONAME
cittaslow.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1999-cu ildə Bra şəhərində və digər üç italyan şəhəri həyatını "Sloufud" hərəkatının qurucusu Karlo Petrini prinsiplərinə uyğun olaraq dəyişməyə qərar verdi: zövq insanın iş mənfəətindən daha üstündür.[2]

Hərəkat İtaliyada ən böyük dəstəyi tapsa da, 2006-cı ilədək Almaniya, NorveçBöyük Britaniyada hərəkata daxil olmuşdular. 2009-cu ilin ortalarına qədər on dörd ölkənin iştirak etdiyi və eyni ildən etibarən Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowichan Bay), Kiçik Körfəzinin Kanada dənizkənarı kəndi olan "Yavaş şəhərlər" hərkatına daxil olmuşdu.

Məqsəd və vəzifələri

[redaktə | mənbəni redaktə et]

Yavaş şəhər təşkilatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir.

Əsas prinsiplər:

  • Şəhərdəki həyat keyfiyyətinin yaxşılaşdırılması;
  • Orta və qloballaşma ilə qarşıdurma;
  • Ətraf mühitin qorunması;
  • Hər bir şəhərin mədəni müxtəlifliyini və yeganəliyini təbliğ etmək;
  • Sağlam həyat tərzi üçün şərait yaratmaq.

Bu məqsədlərə nail olmaq üçün nəqliyyat və səs-küyün azaldılması üçün tədbirlər görülür, yeni yaşıl və piyada zonaları yaradılır, yerli istehsalçılara dəstək verilir, məhsullarını istifadə edənlər, ekoloji cəhətdən səmərəli texnologiyalar tətbiq olunur, yaxşı qonşuluq və qonaqpərvərlik mühiti yaradılır.[3]

Təşkilata üzvlük

[redaktə | mənbəni redaktə et]

İki kateqoriyalı üzvlük var: yalnız 50,000-dən az əhalisi olan bir şəhər, "Yavaş şəhər" (Cittaslow town) təşkilatının tam üzvü ola bilər, 50,000-dən çox insan "Yavaş şəhər" dəstəkçisi ola bilər,[4] bəzi insanlar və ailələr "Yavaş şəhər" nin dostları ola bilərlər.

Təşkilata qoşulmaq üçün şəhər əvvəlcə "Yavaş şəhər" üçün tələblərin bir hissəsini qarşılamalı və hərəkət prinsiplərinə uyğun olaraq inkişaf etməlidir. Hərəkət üzvləri hər il üzvlük haqlarını ödəyirlər.

Təşkilatın üzvləri

[redaktə | mənbəni redaktə et]
Ölkə Yavaş şəhərlər Say
Avstraliya Avstraliya Qulva, Katumba, Blü Mauntaynz, Yea (ing. Yea) 4
Avstriya Avstriya Ens, Xartberq, Xorn 3
Belçika Belçika Şofonten, Anqyen, Evere, Lens (Lens), Silli (Silly) 5
Kanada Kanada Koviçan Bey (Cowichan Bay), Naramata (Naramata) 2
Çin ÇXR Qaoçun Yasi (Gaochun Yaxi) 1
Danimarka Danimarka Mariaqer-fyord, Svennborq 2
Finlandiya Finlandiya Kristinestad 1
Fransa Fransa Blankfor (Blanquefort), Kreon (Créon), Qrinyi, Labastid-d’Armanyak (Labastide D’Armagnac), Mirand, Seqonzak, Valmondua 8
Almaniya Almaniya Bad-Şussenrid, Bişofsxaym, Bliskastel, Daydesxaym, Xersbruk, Lüdinqxauzen, Nördlinqen, Pentslin, İberliqen, Valdkirx, Virsberq 11
{{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}

Aylşem (Aylsham), Berik-apon-Tuid, Diss (Diss), Mold (Mold), Pert (Perth) 5
Macarıstan Macarıstan Xodmezövaşarxey 1
İslandiya İslandiya Düpivoqür 1
İrlandiya İrlandiya Klonakilti 1
İtaliya İtaliya Abbiateqrasso, Akkualanya, Akvapendente, Altomonte, Amalfi, Ameliya, Anqyari, Barqa (kommun), Batsano, Borqo-Val-di-Taro, Bra, Briziqella, Buçine, Kayatso, Kapalbio, Kazalbeltrame, Kastel-Kampano (Castel Campagnano), Kstel-San-Pyetro-Terme, Kastelnovo-ne’-Monti, Kastelnuovo-Berardenqa, Kastilyone-in-Teverina, Kastilyone-Olona, Çerreto-Sannita, Kyavenna, Kyaverano, Çisternino, Çitta-della-Pyeve, Çitta-Sant’Ancelo, Çivitella-in-Val-di-Kyana, Kutilyano, Fontanellato, Frankavilla-al-Mare, Qaleata, Culiano-Teatino, Qreve-in-Kyanti, Qrumes, Quardyaqrele, Levanto, Marradi, Massa-Marittima, Monte-Kastello-di-Vibio, Montefalko, Novellara, Orsara-di-Pulya, Orvieto, Pelleqrino-Parmense, Penne, Pyanella, Pollika, Pozitano, Pratovekkyo, Preçi, Ribera (Ribera), San-Daniele-del-Friuli, San-Cemini, San-Miniato, San-Potito-Sannitiko, San-Vinçentso, Santa-Sofiya, Santarkancelo-di-Romanya, Skandiano, Stiya, Suvereto, Telyo, Termoli, Tirano, Todi, Tolfa, Torcano, Trani, Trevi, Dzibello 72
 Yaponiya Kesennuma 1
Niderland Niderland Alfen-Xam, Borqer-Odorn, Qerde (Heerde), Midden-Delfland, Vals 5
Yeni Zelandiya Yeni Zelandiya Matakana (Rodney District) 1
Şimali Kipr Türk Respublikası ŞKTR/Kipr Kipr Yeniboğaziçi 1
Norveç Norveç Eydskuq, Levanger, Sokndal 3
Polşa Polşa Barçevo, Biskupets, Biştınek, Dobre-Myasto, Qoldap, Lidzbrak-Varminski, Lübava, Murovana-Qoslina, Nove-Myasto-Lübavske, Olştınek, Reşel, Rın 13
Portuqaliya Portuqaliya Laquş, San-Braş-di-Alportel, Silviş, Tavira, Viana do Kastello (Viana do Castello), Vizela 6
Cənubi Afrika Respublikası CAR Secfild (Sedgefield) 1
Cənubi Koreya Cənubi Koreya Çxonson, Tamyan, Xadon, Çeçxon, Namyacu, Sancu, Sinan, Vando, Yonvol, Esan 11
İspaniya İspaniya Baqur, Biqastro, Lekeytio, Munqia, Pals, Rubyelos-de-Mora 6
İsveç İsveç Falçöpinq 1
İsveçrə İsveçrə Mendrizio 1
Türkiyə Türkiyə Akyaka, Gökçeada, Halfeti, Perşembe, Seferihisar, Taraklı, Vize (Kırkareli), Yalvaç, Yenipazar 9
ABŞ ABŞ Ferfaks, Sebastopol, Sonoma 3
  1. Parkins, Wendy; Craig, Geoffrey. Slow Living. Berg. 2006. səh. 79. ISBN 978-1-84520-160-9.
  2. Karl Onore, 2014
  3. Оноре, Карл, 2014
  4. "Cittaslow UK Supporters | Cittaslow". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
  • Карл Оноре. Без суеты: Как перестать спешить и начать жить. М.: Альпина Паблишер. 2014 [In Praise Of Slow How A Worldwide Movement Is Challenging The Cult Of Speed]. səh. 260. ISBN 978-5-9614-4790-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]