Pozitano


PozitanoKampaniya (İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik, bir turist şəhəri. Şəhər icması 4000 nəfərdən ibarətdir. Amalfi sahillərinin ən gözəl şəhəri sayılır. Başlanğıcı kişik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra, yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir. Şəhərin patronu yaxud möminlərinin himayəçisi Müqəddəs Vit sayılır. 15 iyun isə şəhərin bayram günüdür. İkinci Dünya müharibəsi dövründən Pozitano Avropanın mədəniyyət və incəsənət ustalarının o cümlədən zəkalı insanlarının istirahət yeri olmuşdur.

Pozitano
40°37′40″ şm. e. 14°28′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 8,65 km² (9 oktyabr 2011)[1]
Mərkəzin hündürlüyü 142 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.747 nəf. (1 yanvar 2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 089
Poçt indeksi 84017
Nəqliyyat kodu SA
Digər
comune.positano.sa.it
Xəritəni göstər/gizlə
Pozitano xəritədə
Pozitano
Pozitano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]
  • Sofi Lorenə məxsus villa Pozitanoda yerləşir.
  • 1938-ci ildə almanlar Avstriyanı işgal etdikdən sonra Məhəmməd Əsəd bəy İtaliyaya qaçaraq Pozitano şəhərinə pənah gətirmişdir.
  • Pozitanoya aid Li Qalli adalar qrupu məşhur və şöhrətli sahibkara: rus rəqqası və xoreqrafı Leonid Myasinə məxsus olmuşdur. O, burada ballet akademiyasını təsis etmişdir[4].
  • Balet ustası Rudolf Nuriev 1979 cu ildən Li Qalli adalarının sahibi olmuş və bu andan etibarən yay aylarını Li Qalli adalarında keçirdərmiş[4][5].
  • Mifologiyaya görə Zevsin qızı doqquz muzalardan biri Terpsixoranın qızı Siren (yarı insan yarı quş olan məxluq) Qalli adalarında oturaraq xoş nəğmələri ilə dənizçiləri valeh edib, öz "toruna" salaraq, gəmilərin adalara yan almasına təhrik edərək, onları qayalara çırparmişlar[4].
  • "Yalnız sən" filminin bəzi epizodları Pozitano şəhərində çəkilmişdir. Filimdə sözü gedən "Albergo Miramare" mehmanxanası Pozitanoda yerləşir.
Pozitano şəhəri