Yay Olimpiya Oyunlarında futbol

Milli futbol yığma komandalarının Yay Olimpiya Oyunlarında qarşılaşdığı turnir.

Antik dövrün tərəfdarları uzun müddət futbolu yaxına buraxmamış və onu olimpiada proqramına daxil etməmişlər. Guya qədim yunanlar komanda yarışlarına yox, şəxsi yarışlara üstünlük verirlərmiş. Lakin ictimaiyyətin təzyiqi nəticəsində 1900-cü il Parisdə II Olimpiya oyunlarına həm basketbol, həm reqbi, nəhayət futbol da daxil edilmişdi. Lakin 1908-ci ilədək Olimpiya futbolu turnir xarakteri daşımışdır. Bunun da əsas səbəbi olimpiadada iştirak edən komandaların sayının az olmasında idi. 1932-ci il Los-Anceles olimpiadasında futbol proqrama daxil edilməmişdir. Amerikalılar Avropa futbolunun ABŞ-də populyar olmadığını bəhanə gətirərək idmanın bu növündə turniri ləğv etmişdilər.

Yay Olimpiya Oyunlarında Kişi Futbolu

[redaktə | mənbəni redaktə et]

Yekun nəticələr

[redaktə | mənbəni redaktə et]
S O ev sahibi İl Final Medal qarşılaşması
Çempion İkinci Hesab Üçüncü Dördüncü Hesab
1 II Paris 1900 Böyük Britaniya(1) Fransa 4:0 -
2 III Sent-Luis 1904 Kanada(1) ABŞ 4:0 -
3 NK Afina 1906 Danimarka(1) Afina (üç yunan şəhəri) 9:0 -
4 IV London 1908 Böyük Britaniya Danimarka 2:0 Hollandiya İsveç 2:1
5 V Stokholm 1912 Böyük Britaniya Danimarka 4:2 Hollandiya Finlandiya 9:0
6 VII Antverpen 1920 Belçika İspaniya (2) Hollandiya (2)
7 VIII Paris 1924 Uruqvay İsveçrə 3:0 İsveç Hollandiya 3:1
8 IX Amsterdam 1928 Uruqvay Argentina 1:1; 2:1 İtaliya Misir 11:3
9 XI Berlin 1936 İtaliya Avstriya 2:1 Norveç Polşa 3:2
10 XIV London 1948 İsveç Yuqoslaviya 3:1 Danimarka İngiltərə 5:3
11 XV Helsinki 1952 Macarıstan Yuqoslaviya 2:0 İsveç Qərbi Almaniya 2:0
12 XVI Melburn 1956 SSRİ Yuqoslaviya 1:0 Bolqarıstan Hindistan 3:0
13 XVII Roma 1960 Yuqoslaviya Danimarka 3:1 Macarıstan İtaliya 2:1
14 XVIII Tokio 1964 Macarıstan Çexoslovakiya 2:1 Şərqi Almaniya MƏR 3:1
15 XIX Mexiko 1968 Macarıstan Bolqarıstan 4:1 Yaponiya Meksika 2:0
16 XX Münhen 1972 Polşa Macarıstan 2:1 Şərqi Almaniya / SSRİ 2:2(3)
17 XXI Monreal 1976 Şərqi Almaniya Polşa 3:1 SSRİ Braziliya 2:0
18 XXII Moskva 1980 Çexoslovakiya Şərqi Almaniya 1:0 SSRİ Yuqoslaviya 2:0
19 XXIII Los-Anceles 1984 Fransa Braziliya 2:0 Yuqoslaviya İtaliya 2:1
20 XXIV Seul 1988 SSRİ Braziliya 2:1 Qərbi Almaniya İtaliya 3:0
21 XXV Barselona 1992 İspaniya Polşa 3:2 Qana Avstraliya 1:0
22 XXVI Atlanta 1996 Nigeriya Argentina 3:2 Braziliya Portuqaliya 5:0
23 XXVII Sidney 2000 Kamerun İspaniya 2:2 p. 5:3 Çili ABŞ 2:0
24 XXVIII Afina 2004 Argentina 1:0 Paraqvay İtaliya İraq 1:0
25 XIX Pekin 2008 Argentina Nigeriya 1:0 Braziliya Belçika 3:0
26 XXX London 2012 Meksika Braziliya 2:1 Cənubi Koreya Yaponiya 2:0

Qeyd:

(1)1896, 1900, 1904-cü illərdə qeyri-rəsmi turnir olub.
(2)
1920-ci il finalında Belçika-Çexoslovakiya oyununda hesab 2:0 olarkən, çexoslovaklar etiraz əlaməti kimi meydanı tərk etdikləri üçün Beynəlxalq Olimpiya Komitəsi onları turnirdən kənarlaşdırıb. Ona görə də ikinci yer Hollandiyanı 3:0 hesabı ilə udmuş İspaniya komandasına verildi. Hollandiya isə bürünc medallara layiq görüldü.
(3)Turnirin əsasnaməsinə görə heç-heçə,

komandaların ikisinə də bürünc medalların verilməsini təmin edirdi.