Yaya — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Ada 2013-ci ildə aşkarlanır[1]. Adanın hündürlüyü 1 metrdən az, laqunlarla birlikdə ölçüləri 370-125 civarındadır. Adanın sahə 500 m²[2][3][4] və ya 0,0005 km² təşkil edir[5]. Bununla da Rusiya ərazisi 452 mil² artmışdır[4][6][7] (digər məlumata görə 452 km²)[8] Dəniz sularında Rusiyanın ekonomik zonası genişlənmişdir.
Yaya adası | |
---|---|
saxa Яя | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,0005 km² |
Hündür nöqtəsi | 1 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
73°59′25″ şm. e. 133°05′28″ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Tiksidən Temp aerodromunа (Koltelnıy adası) uçuş zamanı 2013-ci ilin sentyabrında[9] ikin Mil Mi-26 helikopterinin ekipajları tərəfindən aşkarlanır (Rusiya hava nəqliyyatının rəhbəri Bladimir Rukavişina). Helikopterlərdən birinin komandiri Aleksandr Matveyev şturmana GPS-naviqatorta adanın yerinin qeyd edilməsini istəyir. Növbəti uçuş zamanı ekipaj üzvləri nəqsədyönlü şəkildə adanı axtarmağa cədh göstərirlər. Naviqatorda olan qeydə görə ada aşkarlanır. Helikopterin ekipajı: Helikopterik kapitanı Aleksandr Matveyev; komandir köməkçisi Pavel Sayapin; şturman Vasili Ryabnin; iknci texnik Aleksandr Karuna; bort texniki Lilian Postu.
Tarixçi, coğrafiyaşunas Sergey Rıjı adanın adlandırılmasına açıqlama gətirmişdir[10]:
Adanın aşkarlanmasından sonra ilk əvvəllər ona Baumti adının verilməsi düşünülürdü. Beləki, ada xariçi görünüşünə görə Baumti sokoladını xatırladırdı[11]. Adanın kim tərəfindən aşkarlanması məsələsi ortaya gələrkən hərkəs Mən, mən, mən! (rus. Я, я, я!) deyərək səsləndilər. Bundan sonra adanın adının ruscadan tərcümədə mən anlamını verən yaya adı verilmişdir.
2014-cilin aprelində ada üzərində növbəti uçuşlar həyata keçirilmiş onun şəkilləri çəkilmişdir. 23 sentyabr 2014 ildə Baltik donamasına aid «Admiral Bladimirski» gəmisi sahilə yan alır və adaya ilk dəfə insanlar enir [12].
Ust-Lena qoruğunun direktoru Aleksandr Qukov adanın XX əsrin ortaları formalaşmışdığı ehtimal edir. Beləki, P. F. Anjunun xəritəsində Semyonovski, Vasilevski, Fiqurina, Meyerkuriya, Diomid adaları göstərilsədə sonradan buzların ekzarasiya fəaliyyəti nəticəsində yoxa çıxmışlar. Yaya adasında isə əks hadisə baş vermişdir. Buzların qazıyıcı fəaliyyəti nəticəsində suxurlar bir yerə toplanaraq ada əmələ gətirmişdir.
Sonradan Aleksand Qukov adanı araşdırarkən onun 1930-cı illərdə mövcud olmuş Vasilevski adasının yerində yenidən əmələ gəldiyini bildirir.