Belkovski adası — Yeni Sibir adalarının De-Lonq adaları qrupuna daxildir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Kotelnı adasından Zarya boğazı ilə ayrılır. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Belkovski adası | |
---|---|
rus. Бельковский остров | |
Ümumi məlumatlar | |
Sahəsi | 500 km² |
Hündür nöqtəsi | 120 (127)[1] |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
75°33′09″ şm. e. 135°50′28″ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada ilk dəfə 1808-ci ildə N. S. Belkov tərəfindən aşkarlanmış və Müqəddəs İoann adası adlandırılmışdır. Adanın müasir adı isə onu kəşf etmiş Belkovun sağlığında belə şərəfinə adlandırılır.
Adanın sahəsi 500 km² təşkil edir. Ada romba bənzər formaya malik olub 16 km məsafədə uzanır. Adanın ən hündür nöqtəsi 120 metrdir. Səthi düzənlikdir. Adada çoxlu sayda qış koloniyaları və Morjların yerləşim yerləri vardır. Burada Ağ ayılara rast gəlinir. Tundra bitkiləri yayılmışdır. Mamır və Şibyə kimi bitkilər bitir.
Ada Ust Lensk qoruğu ərazisinə daxildir.