Yekaterina İvançikova (belar. Кацярына Іванчыкава; doğ. 18 avqust 1987, Çausı, BSSR) — Belarus və Rusiya müğənnisi, "IOWA" qrupunun mahnılarının müəllifi və vokalçısı.
Yekaterina İvançikova | |
---|---|
belar. Кацярына Іванчыкава | |
Ümumi məlumatlar | |
Ləqəbi | Katya IOWA |
Doğum tarixi | |
Doğum yeri | Çausı, Mogilyov vilayəti, BSSR, SSRİ |
Vətəndaşlığı | Belarus |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janrlar | indi-pop, müasir R&B, pop-rok |
Yekaterina İvançikova 18 avqust 1987-ci il Mogilyov vilayətinin Çausı şəhərində anadan olub. 6 yaşından oxumağa başlayıb. İlk əvvəllər yerli estrada dərnəyinə, sonralar isə Mogilyov mədəniyyət evinə gedib. Yuxarı siniflərdə mahnı yazmağa başlayıb və öz qrupunu yaratmaq istəyib.[1] İvançikova ağır musiqi ilə maraqlanırdı və qroulinq texnikasında oxumağa çalışırdı.[2] Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetini bitirib, ixtisasca filoloq və jurnalistdir.[3] STV-nin "Zvezdniy dilijans" (rus. Звёздный дилижанс) layihəsində iştirak edib.[4] 2008-ci ildə İlya Oleynikovun "Peyğəmbər" müziklində oxuyub.[5] 2009-cu ildə Mogilyovda Leonid Tereşenko və Vasili Bulanovla birlikdə "IOWA" qrupunu təsis etmişdir.[6][7] 2010-cu ildə qrupun üzvlərilə birlikdə Sankt-Peterburqa köçüb.[8]
Cizgi filmlərinin səsləndirməsilə məşğul olub.[6]
2017-ci ildə Yekaterina İvançikova Amerikanın "System of a Down" rok qrupunun frontmeni Serj Tankyanla birlikdə, "Kolovrat haqqında əfsanə" filminin saundtreki olmuş — "Ölmək üçün gözəl səhər" (ing. A Fine Morning To Die) mahnısının klipində çəkilib.[9]
2016-ci il oktyabrın 12-də Yekaterina İvançikova 9 il ərzində görüşdüyü "IOWA" qrupunun gitaraçısı Leonid Tereşeko ilə ailə həyatı qurub. Toy Kareliya Respublikasında baş tutub. Nikah mərasimi Lumivaara qəsəbəsindəki 1935-ci ilə aid olan kilsədə keçirilib.[10]
İl | Adı | Rol | Qeyd |
---|---|---|---|
2013 | Superkomanda (cizgi filmi) | Laura | rus dublyajı |
2016 | Canavarlar və qoyunlar (cizgi filmi) | Lira | səsləndirmə, vokal |