Yekaterina Osadçaya

Yekaterina Aleksandrovna Osadçaya (ukr. Катерина Олександрівна Осадча; d. 12 sentyabr 1983, Kiyev) — Ukrayna jurnalisti və model və teleaparıcı. "1+1" telekanalında yayımlanan "Kübar həyat" (ukr. Світське життя) verilişinin aparıcısıdır. Gənclik illərində (13–18 yaşları arasında) Qərbi Avropada modellik sahəsində çalışmış, 18 yaşından sonra yenidən Ukraynaya qayıtmışdır.

Yekaterina Osadçaya
ukr. Катерина Осадча
Yekaterina Osadçaya (2014)
Yekaterina Osadçaya (2014)
Digər adı Katya Osadçaya
Doğum tarixi (41 yaş)
Doğum yeri Kiyev, Ukrayna SSR, SSRİ
Həyat yoldaşları Oleq Polişşuk (2001-2004)
Yuri Qorbunov (2017-ci ildən)
Uşaqları İlya (d. 2002)
İvan (d. 2017)
Atası Aleksandr Vladimiroviç Osadçi
Anası Yelena Aleksandrovna[1]
Təhsili Taras Şevçenko adına Kiyev Milli Universiteti
Fəaliyyəti jurnalist, model[d], aparıcı, television journalist[d], fotomodel[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yekaterina Osadçaya 1-ci Odessa Beynəlxalq Film Festivalında (2010)
Yekaterina Osadçaya Dmitri Şurovla Ukrayna Yaşıl Teatrında (2014)

Yekaterina Osadçaya 12 sentyabr 1983-cü ildə Kiyevdə anadan olmuşdur.[2] Atası Aleksandr Vladimiroviç Osadçi "Kiyevcihaz" Dövlət İstehsalat Birliyi Müəssisəsinin baş direktorudur.[3] Anası evdar qadındır, ixtisasca kitabxanaçıdır. Yekaterinanın özündən bir neçə yaş kiçik qardaşı da var.

Məktəbdə oxuduğu illərdə Yekaterina musiqi və rəqslə də məşğul olur, "Şahinlər" rəqs ansamblında çıxış edirdi. 13 yaşında olarkən peşəkar model karyerasına başlamış və "Bagira" model agentliyi məktəbini bitirmişdir. 14 yaşında – 9-cu sinfi bitirdikdən sonra üç ay müddətinə Tokioda çəkilişlərə qatılmışdır.[4] Sonralar onun Almaniya, İngiltərəFransada da çəkilişləri olmuşdu. Parisdə gərgin çəkiliş qrafiki olan Yekaterina, məktəb buraxılış imtahanlarını ekstern üsulu ilə vermişdir.[4]

18 yaşında olarkən Yekaterina modellik fəaliyyətinə yekun vurub Ukraynaya qayıdır. Ukrayna xalq deputatı Oleq Polişşukla ailə həyatı qurmuş və 2002-ci ildə onların İlya adlı oğlu dünyaya gəlmişdir. Hələ hamiləlik dövründə Yekaterina özünü televiziya jurnalistikası sahəsinə həsr etməyə qərar verir. Ukrayna dilini zəif bildiyindən övladının anadan olmasından dörd ay sonra nitq, tələffüz və səs quruluşu vərdişlərinə yiyələnmək üçün xüsusi müəllimlə məşğul olur.[5] Taras Şevçenko adına Kiyev Milli Universitetinin tarix fakültəsini qiyabi bitirmişdir.[2][6]

Telejurnalist kimi ilk təcrübəsini Ukraynanın Birinci milli telekanalında (ukr. UA: Перший) ştatdankənar müxbir kimi əldə etmişdir.[5] 2005-ci ildə Yekaterina sınaqlardan uğurla keçərək ТОНІС telekanalında "Kübar salnamələr" (ukr. Світські хроніки) layihəsinin aparıcısı olur. 2007-ci ildə Birinci kanalda "Kübar həyat" (ukr. Світське життя) verilişinin aparıcısı təyin edilir.[7] 2008-ci ilin avqustunda bu proqram "1+1" telekanalında efirə çıxmağa başladı.[8]

2009-cu ildə "1+1" telekanalında "Sənin üçün rəqs edirəm" (ukr. Танцюю для тебе) proqramının ikinci mövsümündə Andrey Krısla birlikdə iştirak etmişdir.[9] 2012-ci ildə "1+1" telekanalında yayımlanan "Ukraynanın səsi" (ukr. Голос країни) şousunun aparıcısı olur.[10] Elə həmin ildə telekanalın "Səs. Uşaqlar" (ukr. Голос. Діти) adlı yeni layihəsi başlayır. Bu layihədə Yekaterinanın aparıcı kimi rolu dəyişir və o, artıq uşaqların səhnəarxası məqamlarında onlara dəstək göstərir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Yekaterina Osadçaya 2001-ci ildə Ukraynanın Yaşıllar partiyasının xalq deputatı, iş adamı Oleq Polişşukla ailə həyatı qurmuşdur. 2002-ci ilin sentyabrında bu onların İlya adlı oğlu dünyaya gəlmişdir. Cütlük 2004-cü ildə boşanıb.[11]

2017-ci ildən teleaparıcı və aktyor Yuri Qorbunovla ailəlidir. 18 fevral 2017-ci ildə cütlüyün İvan adlı oğlu dünyaya gəlib.[12]

Mükafat və nailiyyətlər

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə "Fokus" jurnalının açıqlamasına əsasən, "Ukraynanın 100 ən nüfuzlu qadını" siyahısında 96-cı;[13] 2013-cü ildə isə 64-cü yerləri qazanıb.[14] 2009-cu ildə "Afişa" qəzetinin açıqlamasına görə, "Kiyevin siması" sorğusunda 6-cı yerə sahib olub. 2009-cu ildə Osadçayanın "Royal Ascot" kral at yarışlarında budaq üzərinə qonmuş qarğanı əks etdirən şlyapası Britaniya qəzeti The Daily Telegraph tərəfindən ən qeyri-adi baş geyimi kimi xüsusi qeyd edilmişdir.[15]

Yekaterina Osadçaya obrazının ən mühüm parçasını qeyri-adi şlyapalar təşkil edir.[2][3][5] Onun obrazı "Сказочная Русь" kəskin satirik cizgi serialında Katerina Ostryaçanın prototipi kimi verilmişdi.[16]

  1. tv.ua. "Катя Осадчая рассказала о наследстве предков" (rus). Tv.ua. 09.09.2015. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  2. 1 2 3 Катя Осадчая: "Даже в самой сумасшедшей шляпке чувствую себя комфортно" Arxivləşdirilib 2010-09-10 at the Wayback Machine, KP. UA (21.05.2010)
  3. 1 2 Катя Осадчая: "Я выношу на поверхность то, о чём говорят в узких кругах" Arxivləşdirilib 2010-07-25 at the Wayback Machine, From-UA (08.06.2007)
  4. 1 2 Катя Осадчая: "Я не топ-модель" Arxivləşdirilib 2010-08-06 at the Wayback Machine, TV. UA (05.08.2010)
  5. 1 2 3 Катя Осадчая: Вижу цель — не вижу препятствий Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, Единственная (06.12.2010)
  6. Ведущая программы "Светская жизнь" на Первом национальном Катя ОСАДЧАЯ: "Екатерина Ющенко пообещала подарить мне все свои шляпки" Arxivləşdirilib 2008-09-24 at the Wayback Machine, Бульвар Гордона (29.05.2007)
  7. Катя Осадча йде з ТОНІСа і 3 березня з'явиться на Першому національному Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, Телекритика (15.02.2007)
  8. Катя Осадча переходить на "1+1" Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, Телекритика (15.08.2008)
  9. Телеведущая Катя ОСАДЧАЯ: "Готова репетировать даже в самолете" Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, KP. UA (28.02.2009)
  10. Катя Осадча стане ще однією ведучою "Голосу країни" Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, Телекритика (11.07.2011)
  11. Катерина Осадча: "Я взагалі нічого не боюсь" Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, ТелеПростір (04.05.2012)
  12. "Катя Осадчая во второй раз стала мамой". zirki.odnoboko.com. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-22.
  13. "100 самых влиятельных женщин Украины". Фокус. 2017-02-15. 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  14. "100 самых влиятельных женщин Украины". Фокус. 2017-02-15. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  15. Катя Осадчая отличилась на знаменитых скачках в Аскоте шляпой-вороной Arxivləşdirilib 2012-01-27 at the Wayback Machine, Корреспондент (22.06.2009)
  16. Владимир Зеленский считает, что у Кати Осадчей длинный нос Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine, Дуся (02.04.2013)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]