Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Yelena Poptodorova (tam adı: Yelena Poptodorova, bolq. Елена Поптодорова; 31 avqust 1951, Sofiya, Bolqarıstan[1][2]) — Bolqarıstan siyasətçisi və diplomat, Bolqarıstanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri.
Yelena Poptodorova | |
---|---|
bolq. Елена Поптодорова | |
Bolqarıstanın ABŞ-dəki Fövqəladə və Səlahiyyətli səfiri | |
Prezident | Georgi Pırvanov Rosen Plevneliev |
Əvvəlki | Filip Dimitrov |
Sonrakı | Lçezar Petkov |
10 avqust 2010 – 16 may 2016 | |
Əvvəlki | Lçezar Petkov |
Sonrakı | Tihomir Stoytçev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 avqust 1951 (73 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yelena Poptodorova 31 avqust 1951-ci ildə Sofiyada anadan olmuşdur. 1974-cü ildə Sofiya Universitetindən ingilis və italyan dili və ədəbiyyatı ixtisası üzrə məzun olmuşdur. O, burada eyni ixtisas üzrə həm bakalavr, həm də magistr təhsili almışdır. Daha sonra Sofiyada Milli və Dünya İqtisadiyyatı Universitetinin beynəlxalq əlaqələr ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Böyük Britaniyanın Lids və İtaliyanın Siena Universitetində ixtisasını artırmışdır.
28 Fevral 2017-ci ildə Bolqarıstanda bəzi mətbuat orqanları Yelena Poptodorovanın Varşavadakı hava limanında kosmetika oğurluğu iddiasıyla nəzarətə alındığı xəbərini yaydı. Bir neçə saat sonra eyni mətbuat orqanı məlumat verdi ki, Bolqarıstan Xarici İşlər Nazirliyi heç bir tutulma və ya oğurluq olmadığını qeyd etmiş[3] və Poptodorovanın izahatını da əlavə edərək bildirmişdir ki, səlahiyyətli şəxslərlə əlaqəsi bir səhvlə əlaqədardır və həmin yanlışlıq ucbatından Poptodorova cərimə ödəmişdir.[4] Keçmiş Xarici İşlər naziri İvaylo Kalfinin dediyinə görə, onlarla Rusiya mətbuat orqanı hadisə baş verən ilk andan bu barədə yazır. Nazir dərc edilən məlumatlardan aşağıdakıları xüsusilə vurğulayır: "Bolqarıstanın Aİ və NATO-ya üzv olmasına kömək edən aparıcı diplomat".[5] 2018-ci ilin oktyabrında Polşa məhkəməsinin Poptodorovanın üzrünü qəbul etməsi və ittiham etmədən onu cərimələməsi ilə iş bağlanmışdı.[6]
Yelena Poptodorova evlidir, bir oğlu var.
Yelena Poptodorova 1975-ci ildən Xarici İşlər Nazirliyində işləməyə başlamışdır. O, 1990-cı ilədək Katiblik, Dövlət Protokolu, Nazirlər Kabineti, BMT və Silahsızlanma Direktoratında üçüncü dərəcəli katibdən müşavir-elçiyədək müxtəlif vəzifələrdə xidmət etmişdir.
1987-1990-cı illərdə Romada Bolqarıstan səfirliyində müşavir-elçi və Bolqarıstanın San-Marino Respublikasında Baş konsulu vəzifəsində çalışmışdır.
1989-cu ildə Bolqarıstanda baş verən dəyişikliklərdən sonra xanım Poptodorova uzun müddət siyasi fəaliyyət göstərmişdir. İlk növbədə 1990-cı ildə 7-ci Təsis Yığıncağında Bolqarıstan Sosialist Partiyasından Bolqarıstanın Milli Məclisinə üzv seçilmiş və partiyanın parlament qrupunun spikeri olmuşdur. Sonralar 36-cı, 37-ci və 38-ci Milli Məclislərə də yenidən seçilmişdir. Parlamentdə xarici siyasət, milli təhlükəsizlik, radio və televiziya, insan hüquqları, kənd təsərrüfatı komitələrində fəaliyyət göstərmişdir. O, Parlamentlərarası Birliyin Bolqarıstan nümayəndə heyətinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında milli nümayəndə heyətlərinin və "Bolqarıstan-Aİ" Ortaq Parlament Komitəsinin üzvü olub. Yelena Poptodorova, həmçinin, Parlamentlərarası Birliyin Əhali və İnkişaf üzrə Forumunun sədr müavini kimi də xidmət edib.
1990-cı illərin sonlarında Poptodorova Bolqarıstan Avro-Leftin nüfuzlu üzvlərindən biri idi.[7]
Vaşinqtona təyin edilməzdən əvvəl 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyində Qara dəniz regionu üzrə səfir-nümayəndə kimi xidmət etmişdir. 1 avqust 2009-cu ildən bir il müddətində yenə həmin nazirlikdə Təhlükəsizlik siyasəti direktoratının direktoru vəzifəsinə təyin edilmişdir. ABŞ-də səfir kimi fəaliyyətə başlamazdan əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü və İnsan Hüquqları və Beynəlxalq Humanitar Təşkilatlar Direktoratının sədri vəzifəsində çalışıb.
Bolqarıstanın NATO və Aİ-nin üzvü olduğu dövrdə — 2002-2008-ci illərdə Bolqarıstanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri işləmişdir. O, həmin vəzifəyə yenidən ikinci dəfə 2010-cu ildə göndərilmiş və 16 may 2016-cı ilədək xidmət etmişdir.
O, Atlantik Müqaviləsi Assosiasiyasının vitse-prezidenti[8] və Bolqarıstan Atlantik Klubunda Avroatlantik məsələləri üzrə sədrdir.[9]
Səfir Poptodorova ingilis, italyan, fransız, rus və doğma bolqar dilində sərbəst danışır.