Yellouston kalderası və ya Yellouston supervulkanı — Amerikanın qərbində Yellouston Milli Parkında yerləşən vulkanik kaldera və supervulkan. Kaldera və parkın böyük bir hissəsi Vayominqin şimal-qərb küncündə yerləşir.[1] Kalderanın əsas hissəsi təxminən 34–45 mil (55–72 km) ölçüsündədir.
Yellouston kalderası | |
---|---|
ing. Yellowstone Caldera | |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Qayalı dağlar |
Mütləq hündürlüyü | 2.810 m, 2.805 m |
Yerləşməsi | |
44°24′ şm. e. 110°42′ q. u.HGYO | |
Ölkə | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kaldera son 2.1 milyon il ərzində baş vermiş 3 super püskürməninin sonuncusunun nəticəsində formalaşmışdır: 2.1 milyon il əvvəl Haklberri təpəlik püskürməsi (nəticədə Aylınd Park kalderası və Haklberri təpəlik tufu yaranmışdır); 1.3 milyon il əvvəl Mesa şəlalə püskürməsi (nəticədə Henri Fork kalderası və Mesa şəlalə tufu yaranmışdır); təxminən, 630 000 il əvvəl Lava çay püskürməsi (nəticədə Yellouston kalderası və Lava çay tufu yaranmışdır)[2]