Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yelpikvari yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yelpikvari yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir.
Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür. Ağ ləçəkli və xətvari-lansetvari çiçəklərin diametri 1,5-2 sm olub, uzun çiçək saplaqlarında yerləşir. Kasayrpaqları vəzicikli-dişli, çılpaqdır, çiçəklədikdən sonra əyilir, erkəkcikləri 5-12, çəhrayı tozluqludur, sütuncuqları 3-5 ədəddir. Meyvələri ellipsvari, parlaq qırmızı, uzunluğu 8-12 mm, sarımtıl unlu şirəli lətlidir. Çəyirdəkləri 3-5, uzunluğu 6-7 mm, arxa tərəfdə 1-3 buğumludur. Mayda çiçəkləyir. Sentyabr-oktyabrda meyvələri yetişir. Yelpikvari yemişan C.macrosperma və C.chrysocarpa növlərinin hibrididir.
Soyuğa davamlıdır. Çay vadilərində bitir.
Gəncədə, Bakıda, Qəbələdə və s. yerlərdə park və bağlarda təsadüf edilir.
1830-cu ildən mədəni şəraitdə becərilir, yaşıllaşdırılmada dekorativ bağçılıqda geniş istifadə olunur.