Yem güldəfnəsi

Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü.

Samanlıq güldəfnəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir.

Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur. Yarpaqlarından və güldəfnəin cücərtilərindən göyərti kimi və ya qurudularaq istifadə olunur, xörəklərə isə ədviyyat kimi əlavə olunur. Qurudulmış yarpaqları acı dada və güclü səciyyəvi qoxuya malikdir.

Hindistanda, güldəfnə toxumları qatıq ilə qarışdırılaraq və saç üçün kondisioner kimi istifadə edilir. Türkiyədə, güldəfnə (çemen ot) sarımsaq və qırmızı bibərlə pastırma deyilən xörəyin üzərinə əlavə olunur. İranda Şambəlilə adlanaraq Görmə Səbzi deyilən xörəkdə istifadə olunur. Ərəblər isə onu halvaya qatırlar.

Güldəfnə toxumları qalaktomannan-polisaxaridin zəngin mənbəyidir. Tərkibində həmçinin yüksək nisbətdə saponinlərə (diosgenin, yamogenin, qitogenin, tiqogenin və neotiqogen) rast gəlmək olur. Güldəfnə digər bioloji aktiv elementləri - bitki mənşəli seliyi, efir yağlarını, xolin və triqonellin kimi alkaloidləri özündə saxlayır. Hətta kiçik miqdarda qəbul edilmiş güldəfnə orqanizmdə tər və sidiklə ixrac olunaraq spesifik qoxusunu büruzə verir. Qurudulmuş toxumları zirənin dadına yaxın, amma bir qədər xüsusi acılığa malik dad verir.

Güldəfnə toxumu ana südünü artırmaq üçün geniş istifadə olunur. Tədqiqatlar göstərmişdir ki, güldəfnə ana südü istehsalının güclü stimulyatorudur və onun istifadəsi zamanı südün miqdarında artım 900% kimi yüksək nəticələr müşahidə olunmuşdur. Güldəfnə həmçinin həzmi asanlaşdırır, qanda xolsterinin və triqliseridlərin miqdarınnı azaldır. Tip-1 və tip-2 diabet xəstlərdə metabolik simptomları azaldır. Təcrübələr həmçinin süd vəzisi və bağırsaq xərçənginə qarşı və eləcə də qaraciyər qoruyucu effektinin olduğunu sübut edir. Hərarət salıcı təsirə malikdir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 777.