Yemilian Bukov

Yemilian Nestoroviç Bukov (rum. Emilian Radu Bucov, rus. Емилиа́н Не́стерович Бу́ков; 26 iyul (8 avqust) 190917 oktyabr 1984, Kişinyov) — SSRİ-Moldava şairi.

Yemilian Bukov
rum. Emilian Radu Bucov
Təxəllüsü Radu Emilian[1]
Doğum tarixi 26 iyul (8 avqust) 1909
Vəfat tarixi 17 oktyabr 1984(1984-10-17) (75 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, siyasətçi, dramaturq, publisist, tərcüməçi
Əsərlərinin dili Moldav dili
İstiqamət sosialist realizmi
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yemilian Nestoroviç Bukov 8 avqust 1909-cu ildə Rusiya imperiyasının Bessarabiya quberniyasında yerləşən Yeni Kiliya şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931–1936-cı illərdə Buxarest Universitetində təhsil almış, mütərəqqi Rumıniya jurnalları ilə əməkdaşlıq etmişdir. Bukov "Zəhmət qaynayır" (1932), "Günəşin sözü" (1937), "Çin", "Səni görürəm, Moldaviya" (1942), "Dnestrdə bahar" (1944), "Bu gün, sabah" (1967), "Həyat ağacı" (1974) kitablarının müəllifidir. Bukovun "Ölkəm" (1947) poeması, "Reut şəhəri" (1956) mənzum roman, "Dunay - narahat sular" (1956; 1957 ildə "Dalğalanan Dunay" adı ilə tamaşaya qoyulmuşdur) pyesi, "Magistral" (1969) romanı və s. əsərləri var. O, Azərbaycan haqqında şeirlər yazmışdır. "Səməd" poeması Səməd Vurğuna həsr edilmişdir.[2]

  1. https://romanialiterara.com/2022/01/zvapaiat-la-bucuresti-imblanzit-la-moscova-dat-pe-brazda-la-chisinau/.
  2. Буков Јемилиан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 60.