Yeni Britaniya

Yeni Britaniya (ing. New Britain, alm. Neupommern‎) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır

Yeni Britaniya
ing. New Britain,
Ümumi məlumatlar
Sahəsi 351446 km²
Uzunluğu
  • 520 km
Eni 146 km
Hündür nöqtəsi 2438 m
Əhalisi 500.000 nəfər (2011-ci il)
Yerləşməsi
5°48′46″ c. e. 150°26′48″ ş. u.HGYO
Ölkə  Papua-Yeni Qvineya
Arxipelaq
Akvatoriya
Yeni Britaniya xəritədə
Yeni Britaniya
Yeni Britaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yeni Britaniya

Adanın sahəsi 35 144,6 km²[1] təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni BritaniyaQərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir.

Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.

Adanın daxilinə doğru dağ massivi geniş sahəni tutur. Burada Sinevit vulkanı yerləşir. Adanın böyük qismi Tropik meşələri ilə rtülmüşdür.

Umboy adasından Dampir boğazı, Yeni İrlandiya adasından isə Müqəddəs Georgi boğazı ilə ayrılır.

Yeni Britaniya 1700 ildə Vilyam Dampir tərəfindən kəşf edilir 1885 - 1899 illərdə ada Almaniyanın Yeni Qvineya Kompaniyasının mülkü olmuşdur. Bu ərəfədə ada Yeni Pomeraniya (Neupommern) adlanırdı. 1899-ci ildən 1914-ci ilə qədər ada Almaniya Yeni Qvineyasının ərazisi idi. Ada bu ərəfələrdə pambıq istehsalı ilə məşğul idi. 1914-ci ildə ada Avstraliya təfəfindən işğal edilir. Birinci Dünya müharibəsindən sonra ərazi Millətlər Liqası tərəfindən Avstraliyanın mandatlığı verilir.

İkinci Dünya müharibəsində 1942-ci il Rabaul döyüşündə Yaponiya İmperiyası tərəfinfən ələ keçirilir. Amerikan qüvvələri adanı ələ keçirsələrdə müharibə bitənə qədər Rabaul yaponların əlində qalır.

Adanın ən qədim əhalisi Papuaslar olmuşdur. Adada hazırda ən böyük etnik qrup Tolayilərdir. Dağlıq ərazilərdə isə bayninqlər yaşayır. Bundan başqa adada Kilenqelər, SulkalarLakalailər yaşayır.

  1. United Nations Environment Program, "Islands by land area: New Britain Arxivləşdirilib 2012-07-13 at Archive.today," islands.unep.ch (1988).