Yenikənd (Siyəzən)

YenikəndAzərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.[1]

Yenikənd
41°09′54″ şm. e. 49°05′12″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Siyəzən rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 3.925 nəfər
Xəritəni göstər/gizlə
Yenikənd xəritədə
Yenikənd
Yenikənd

XX əsrin 50-ci illərində SSRİ rəhbərliyinin "Xam torpaqlara hücüm" proqramının irəli sürülməsi nəticəsində dağ kəndlərinin əhalisinin böyük bir hissəsinin düzənlik əraziyə köçürülməsi nəticəsində meydana gəlib. Yenikənd inzibati ərazi vahidinin mərkəzidir. İnzibati ərazi vahidliyinin tərkibinə Yenikənddən başqa Tağay və Kolanı kəndləri, eləcə də qədim Alxanlı kənd yeri daxildir.

Əhalisinin sayına görə Siyəzən rayonunda ən böyük kənddir. Kənd əhalisinin sayı 2009-cu ildə 3067 nəfər olmuşdur. 01.08.2016-cı ilə görə əhalinin sayı artaraq 3925 nəfərə çatmışdır. Əhalinin əsas hissəsini etnik tərkibcə azərbaycanlılar təşkil edir. Əhali əsasən kənd təsərrüfatı sahələri-əkinçilik, maldarlıq və quşçuluqla məşğul olur. Kənd əhalisi köçüb gəldikləri qədim kəndlərə uyğun olaraq eyni məhəllələrdə yaşadıqları üçün həmin məhəllələrin qeyri rəsmi olaraq həmin adlarla adlandırılması qalmaqdadır. Belə ki, kənd ərazisində Quyubulaq, Alxanlı, Qozağacı, Qərəh və b. məhəllələr mövcuddur.[2]

Tarixi abidələr

[redaktə | mənbəni redaktə et]

Yenikənd kəndi ərazisində 1898-ci ildə inşa edilmiş Gilgilçay stansiyasının binası, Sasanilər imperiyası dövründə inşa edilmiş, təxminən V əsrə aid olan Gilgilçay səddinin ən yaxşı qorunub saxlanılmış hissələri yerləşir.

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.