Yens Ferdinand Villumsen

Yens Ferdinand Villumsen (dan. Jens Ferdinand Willumsen, 7 sentyabr 1863, Kopenhagen — 4 aprel 1958, Kann) — danimarkalı rəssam, simvolizmin nümayəndəsi. İncəsənət karyerasının böyük bir hissəsi Fransada keçmişdir, burada Ferdinand Pol Qogen ilə tanış olmuş və Pont-Aven məktəbinə daxil idi.

Yens Ferdinand Villumsen
Doğum tarixi 7 sentyabr 1863(1863-09-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 aprel 1958(1958-04-04)[3][1][…] (94 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, heykəltaraş, fotoqraf, memar, qrafika ustası[d], keramikaçı
Təhsili
  • Danimarka Kral İncəsənət Akademiyası[d]
Janr portret
Stillər Pont-Aven məktəbi, simvolizm[5]
Mükafatları Şahzadə Eugen medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
«Alpinist» (1902), Dövlət incəsənət muzeyi, Kopenhagen

Villumsen 1863-ci ildə Kopenhagendə anadan olmuş, 1881-ci ildən 1885-ci ilə qədər İncəsənət akademiyasında təhsil almışdır. 1879-1882-ci illərdə Kopenhagen Texniki Məktəbində memarlıq kursuna qatıldı. Akademiyanı bitirdikdən sonra Jan-Fransua Rafaelli stilində təbiət kompozisiyaları yazmağa başladı [6].

1890-ci ildə Villumsen Bretan şəhərində Pol Qogen ilə tanış olur, Qogen rəssamın estetik prinsiplərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O, Pont-Aven məktəbinə yaxın bir stildə rəsm çəkməyə və bu dövrdə çoxlu avtoportret, keramika ilə məşğul olmağa başladı. Pol Serüzye vasitəsi ilə Villumsen Nabi qrupu ilə daha da yaxınlaşdı və Odilon Redonun, Feliks Vallotonda həm də onun yaradıcılığına böyük təsir göstərmişdilər.

1892-ci ildə sənətkar Norveçə səyahət etdi və 1893-cü ildə Çikaqoda keçirilmiş Dünya Sərgisində iştirak etdi. 1891-ci ildə Vilqem Hammerşöy və digər danimarkalı rəssamlar ilə birlikdə sənət dərnəyi Den Frie Udstilling yaradılmışdır. 1894-1895-ci illərdə Parisdə yenidən yaşadı. 1897-ci ildən 1900-cü ilə qədər Vilqem Kopenhagendəki[7] Bing & Grøndhal porselen zavodunun bədii rəhbəri olmuşdur.

  1. 1 2 3 J.F. Willumsen // Dansk Biografisk Leksikon, 3. udgave (dan.). 3 1984.
  2. Jens Ferdinand Willumsen (nid.).
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. J.F. Willumsen // Dansk Biografisk Lexikon (dan.).
  5. Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
  6. Magali Lesauvage. Fluctuat.net (redaktor). "Willumsen Alluciné". июль 2006. 2012-05-04 tarixində arxivləşdirilib.  (fr.)
  7. The Musée d’Orsay Shows Jens Ferdinand Willumsen Arxivləşdirilib 2009-11-30 at the Wayback Machine  (ing.)