Yens Munk adası (ing. Jens Munk Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Kanadanın Nunavut ərazisinin Kikiktani (Kikiktaaluk) inzibati rayonunun bir hissəsidir. Danimarkalı naviqator Yens Munkun şərəfinə adlandırılmışdır.
Yens Munk adası | |
---|---|
ing. Jens Munk Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 920 km² |
Uzunluğu |
|
Eni | 32 km |
Hündür nöqtəsi | 125 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°39′ şm. e. 80°04′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Yens Munk adası Foks körfəzinin şimal ucunda, Baffin Torpağının qərb sahilində yerləşir və Marri Maksuell körfəzinin cənub sərhədini təşkil edir. Adanın qərb ucu Baffin Torpağının uzun Siorarsuk yarımadasından 2,5 kilometrlik Saut boğazı ilə ayrılır. Adanın sahəsi 920 km²-dir. Sahil xəttinin uzunluğu 298 km-dir[1].
Yens Munk adası şərqdən qərbə 57 km uzunluğunda, şimaldan cənuba maksimum eni 35 km-dir. Düzgün olmayan formasına görə adanın əksər hissəsinin eni 7 ilə 19 km arasında dəyişir. Baffin Torpağının qərb hissəsi də daxil olmaqla, şimal Foks körfəzinin bütün adaları kimi, adanın relyefi alçaqdır və şərq hissəsində dəniz səviyyəsindən 20 metr hündürlüyünü nadir hallarda keçir. Adanın ən yüksək nöqtəsi cənub-qərbdə yerləşir və hündürlüyü 125 metrdir[2].