Yer sakinləri (ing. Earthlings) — 2005-ci ilin ABŞ istehsalı olan sənədli filmi. Filmdə heyvanların insan tərəfindən istismarı problemləri qaldırılır. Filmin rejissoru amerikalı Şon Monsondur. Filmi amerikalı aktyor Xoakin Feniks səsləndirib, musiqisi Riçard Mellvil Holl tərəfindən yazılıb.
Yer sakinləri | |
---|---|
ing. Earthlings | |
Janr | sənədli film[1] |
Əsas mövzu | Heyvanlara qarşı şiddət |
Rejissor | Şon Monson |
Prodüserlər | |
Baş rollarda | |
Bəstəkar | Moby |
İlk baxış tarixi | 24 sentyabr 2005[1], 29 sentyabr 2016[3] |
Müddət | 95 dəq. |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2005 |
Rəng | rəngli, ağ-qara[d] |
IMDb | ID0358456 |
Film bir növün digər növü diskriminasiya edilməsi məsələsini qaldıraraq bu problemi irqi ayrı-seçkilik və seksizm kimi diskriminasiya növləri ilə müqayisə edir. Spesisizm adlanan bu cür diskriminasıyanın nümunələri kimi insanın heyvanları sənayenin müxtəlif sahələrində istismarından danışılır (qida, geyim, əyləncə, elm və s.). Filmdə zoomağazalardan, evsiz heyvanlar üçün sığınacaqlardan, quşçuluq fabrikalarından, donuz və inək fermalarından, dəri və xəz istehsalı və satışı yerlərindən, idman və əyləncə tədbirlərindən və tədqiqat laboratoriyalarından kadrlar nümayiş etdirilir. Filmin əsas hissəsini heyvanlara qarşı zorrakılığı, o cümlədən heyvanların öldürülməsini əks etdirən sənədli kadrlar təşkil edir[4]. Rejissor Şon Monsonun sözlərinə görə filmin 2/3 hissəsi gizli kameralar vasitəsi ilə çəkilib.
Filmə maraq bir də 2020-ci ilin iyul ayında oyanıb. Belə ki, iyulun 21-də Ukraynanın Lutsk şəhərində Maksim Krivoş adlı şəxs sərnişinlərlə dolu avtobusu qaçıraraq, dövlət başçısından vətəndaşları "Yer sakinləri" filminə baxmağa çağırmağı tələb edib. Prezident Vladimir Zelenski bu tələbə əməl edib və sosial media hesabında yaydığı videomüraciətdə deyib: "2005-ci ilin "Yer sakinləri" filmi, hamı baxsın". Bundan sonra terrorçu girovları azad edib və təslim olub[5][6].