Yerli avstraliyalılar


Yerli avstraliyalılarBritaniya müstəmləkəçiliyindən əvvəl Avstraliyada yaşayan qruplar. Bunlara Avstraliya aborigenləriTorres boğazı adalıları daxildir.

Yerli avstraliyalılar
Aborigen rəqqaslar. 1981-ci il.
Yaşadığı ərazilər
Avstraliya 798,365 (2016)
Avstraliya əhalisinin 3.3%-i
[1]
Dili

Avstraliya dilləri (çoxları artıq danışılmır), ingilis

Dini
  • Xristianlıq 54%
  • Qeyri-dindar 36%
  • Yerli din və inanclar <2%
Qohum xalqlar

Papuaslar

Avstraliyalıların sayı XVIII əsrin axırlarında 250–300 min nəfər idi. Avstraliyalılar 500-dən çox tayfadan ibarət olmuşlar. XIX əsrədək avstraliyalılar ibtidai icma quruluşu şəraitində yaşayıblar. Onlar ovçuluq, yığıcılıq, qismən balıqçılıqla məşğul olurdular. Müstəmləkəçilik siyasəti nəticəsində çox hissəsi qırılmışdır.[2]

Qalıqları, başlıca olcaq, Avstraliyanın qərbində və şərqində rezervasiyalarda yaşayır. Avstraliyalıların bir qismi kənd təsərrüfatında işləyir, digərləri ibtidai həyat sürürlər.[2]

Yerli avstraliyalar Avstraliya dillərində danışırlar.[2]

Avstraliyalıların dini etiqadı totemizmmagiyanın müxtəlif formalarıdır.[2]

  1. "Estimates of Aboriginal and Torres Strait Islander Australians". Australian Bureau of Statistics. iyun 2016. 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabt 2021.
  2. 1 2 3 4 Австралијалылар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 56.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]