Yevgeni Braudo

Braudo Yevgeni Maksimoviç (d.1882-v.1939) — musiqi nəzəriyyəçisi, Peterburq İncəsənət Tarixi İnstitutunun professoru.

Yevgeni Braudo
Braudo Yevgeni Maksimoviç
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Elm sahələri musiqişünaslıq[1], musiqi tənqidi[d][1], publisistika[1], tərcüməçilik fəaliyyəti[d][1]
Elmi adı professor
İş yeri
Təhsili
Mükafatları RSFSR əməkdar incəsənət xadimi

1936-cı ildə Azərbaycan musiqi mədəniyyəti ilə yaxından tanış olmaq niyyətilə Bakıya gəlmiş, Ü. Hacıbəyovla da tanış olmuş, Azərbaycanın bir sıra bölgələrini gəzmişdir. Peterburqa dönəndən sonra "Sovetskoye iskusstvo" qəzetində[3] "Türk mahnısı" məqaləsini yazmışdır. Məqalədə Azərbaycan xalq musiqisi və mahnılarının xüsusiyyətlərindən, onların virtuoz ifaçılarından vəcdlə danışılır. Onun "Can Azərbaycan" adlı əlyazma əsəri da maraq doğurur. Yevgeni Braudo "xalq musiqisinin böyük bilicisi" adlandırdığı Ü. Hacıbəyovla müntəzəm məktublaşırdı[4].

  1. 1 2 3 4 5 6 7 8 Braudo, Jevgenij Maksimovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Сотрудники Российской национальной библиотеки (rus.).
  3. "Sovetskoye iskusstvo" qəzeti, 5 oktyabr 1936, №46
  4. "Braudo Yevgeni Maksimoviç". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.