Yevqraf Meçnikov

Yevqraf İliç Meçnikov(rus. Евгра́ф Ильи́ч Ме́чников, 21 may 177022 sentyabr 1836, Moskva) — Rusiyalı dağ mühəndisi, dövlət xadimi, senator.

Yevqraf Meçnikov
Yevqraf İliç Meçnikov
Doğum tarixi 21 may 1770(1770-05-21)
Vəfat tarixi 22 sentyabr 1836(1836-09-22) (66 yaşında)
Vəfat yeri
Fəaliyyəti mühəndis
Mükafatları Knight of the Order of St. Alexander Nevsky 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni

Yevqraf İliç Meçnikov 21 may, 1770-ci ildə Rusiyada anadan olmuşdu.

1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən, vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”.

Həmin senatorlar Tiflisdən o dövrə Rusiya imperiyasının ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür”.

XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfındən işğalından ən çox əziyyət çəkən, sözsüz ki, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər idi. Xanlıqlar dövründən qalma ənənəvi feodal istismarına müstəmləkə zülmünün əlavə edilməsi, yeni-yeni vergilər və mükəlləfıyyətlər qoyulması, vergilərin bölüşdürülməsi və yığılmasında hər cür qanunsuzluq, yerli hakimiyyət orqanlarının özbaşınalığı Azərbaycan kəndində sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi. Təsadüfı deyil ki, 1829-1830-cu illərdə Zaqafqaziyada yoxlama aparan senatorlar qraf Kutaysov və Yevqraf Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sistemində çoxlu qanunsuzluq və özbaşınalıqların mövcudluğunu xüsusi ilə qeyd etmişlər. Senatorlar komendant idarə sistemini kəskin tənqid etmişdilər. Yerli idarədə himayə, məhkəmədə müdafıə olunmayan, hər şeyi itirmiş xalqın hökumətə inamı itmişdi. Senatorlar Cənubi Qafqazda yeni idarəçilik sisteminə keçilməsini hökumətə məsləhət bilmişdilər.

Yevqraf Meçnikov 22 sentyabr, 1836-cı ildə vəfat edib.